th4567

Azsiyasət.com xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook hesabında Milli Məclisin sabiq sədri Oqtay Əsədovun itlərinin hazırda saxlanıldığı ərazinin fotolarını yayıb. Jurnalist yazır: 

“Oqtay Əsədov spikeri olduğu Milli Məclisdə hansısa deputat Xəzərin sahillərinin qanunsuz zəbt olunması barədə danışanda bu cənab çox narahat olurdu. Keçmiş sədr özü də Türkanda dənizin sahilində nə az-nə çox 1 hektarlıq ərazini ələ keçirib, özü üçün özəl çimərliyə çevirib. Düzdür, burada dəbdəbəli imarət tikdirməyib, bağ-bağat salmayıb, hətta ətrafdakı dəbdəbəli villaların yanında çox kasıbyana görünür. Hələlik burda Əsədovun sevimli itləri dincəlir”.

araz.az xəbər portalı.