“Facebook” istifadəçilərin biometrik məlumatlarının toplanması və saxlanması ilə bağlı iddianı həll etmək üçün ABŞ-ın federal məhkəməsinin ilkin razılığını alıb.
“Vc.ru” xəbər verir.
Xatırladaq ki, 2015-ci ildə İllinoys sakinləri tərəfindən şirkətə qarşı iddia qaldırılıb – onlar sosial şəbəkəni məxfilik qaydalarını pozmaqda ittiham ediblər.
2020-ci ilin iyul ayında “Facebook” bu pozuntuya görə kompensasiyanın məbləğini 550 milyon dollardan 650 milyon dollara qədər artırmağı təklif edib.
Bildirildiyi kimi, iddia İllinoys ştatının 1 milyondan çox sakininə təsir göstərir. Məhkəmədə uduzduğu təqdirdə “Facebook” 6 milyard dollar cərimələnə bilər.
2019-cu ildə şirkət məlumatların sızması səbəbindən 5 milyard dollar cərimə ödəməyə hazır olduğunu açıqlamışdı. Xatırladaq ki, həmin ildə təxminən 87 milyon istifadəçinin məlumatı sızıb. Bundan əlavə, tənzimləyici sosial şəbəkəni üz tanıma texnologiyası vasitəsi ilə istifadəçilərdən məlumatların toplanması üçün icazə almağa məcbur edib.
araz.az
araz.az xəbər portalı.