AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev məhkəməyə qərarı ilə həbs ediliblər.
Musavat.com xəbər verir ki, onlara karantin qaydalarını pozduqları üçün məhkəmə qərarı ilə 15 sutka inzibati qaydada cəza verilib.
Hər iki şəxs Abşeron Rayon Məhkəməsinin qərarı ilə məhkəmə iclas zalında həbs ediliblər.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev karantin dövründə nəvəsinə toy məclisi təşkil edib.
Bir neçə gündür ölkə gündəmində ciddi müzakirələr gedir və artıq ölkə rəhbərliyi səviyyəsində məsələ nəzarətə götürülüb.
[bt_youtube url=”https://youtu.be/eA3Yxeh9Ctk” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
İlkin Muradov
Musavat.com
araz.az xəbər portalı.