Artıq bir neçə antologiya layihələrinin tərtibçisi kimi tanıdığımız gənc şairə Esmira Günəş dünyada yayılan Covid-19 virusu ilə əlaqədar karantinin gətirdiyi sıxıntılara baxmayaraq, “Günəşin Nuru” antologiyasının növbəti nəşrini oxuculara təqdim edib. Birinci nəşrindən hər kəsin diqqətini cəlb etməyi bacararaq, ətrafına hər nəşrində daha çox oxucu kütləsi toplamağı bacaran “Günəşin Nuru” antologiyalarında hər dəfə fərqli şairlərin nəşri, eləcə də onların təqdimatlarının fərqli bölgələrdə təşkil olunması kitablara marağı daha da artırır. Bir ildə 4 cildi işıq üzü görən “Günəşin Nuru” antologiyası nəinki ölkəmizdə, eləcə də ölkədən kənarda böyük marağa səbəb olub. Çünki həmin antologiyada nəşr olunan bəzi şairlərin şeirləri Türkiyə və İran mətbuatında da paylaşılıb.
Antologiyada nəşr olunan şairlərin Fəxri Fərmanlarla təltif olunması isə, şairlərə ruh yüksəkliyi bəxş edir. Elə, bunun nəticəsidir ki, onlar qələmdən daha bərk yapışıb, daha gözəl əsərlər yaradırlar. Ümumiyyətlə, hər bir şairə xüsusi diqqətlə yanaşan layihə rəhbəri, gənc şairə Esmira Günəş “Günəşin Nuru” Ədəbi Məclisini yaratmaqla, ədəbiyyata və kitablara olan marağı daha da artırmağa nail ola bilir. Ədəbi qurumun nəznində müxtəlif ədəbi müsabiqələrin daimi təşkili isə, bu ona olan diqqəti daha da artırır.
Anyologiyanın bu dəfəki buraxılışında imzalarını sosial şəbəkələrdən tanıdığımız şairlərdən Anar Boluslunun, Aslan Tərtərlinin, Azər Həsənovun, Ceyhun Şirvaninin, Çiçək Tağıyevanın, Emin Bayramlının, Esmira Günəşin, Əfsər Abdullayevin, Gülnar Ümidin, Xatirə Səfərovanın, İradə Eldarlının, Leyla Azərinin, Mələk Yusifin, Mənzər Əkbərovanın, Nahidə Elmanın, Natik Dənizin, Rəvan Məmmədovun, Sevda İbrahimlinin, Sevil Qulubəyovanın, Səriyyə Yaşarın, Şəlalə Şəfəqin, Tamam Yaralının, Yadigar Təvəkgülün və Yeganə xanımın şeirləri dərc olunub.
Gənc istedadların hər birinə uğurlar arzulayır və ona da inandığımızı bildiririk ki, digər cildləri kimi, “Günəşin Nuru 4” antologiyasının da uğurları bol olacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.