6y6t6Son günlər vəzifə və səlahiyyət sahibləri ölkədəki karantin qaydalarını kobud şəkildə pozaraq öz yaxınlarına, ailə üzvlərinə toy məclisləri təşkil edirlər. Azsiyasət.com saytı baku.tv-yə istinadən xəbər verir ki, belə şəxslərdən biri də “Space TV”nin rəhbəri Vaqif Mustafayevdir.

O, telekanalın Proqram departamentinin “Toma” ləqəbli rəhbəri Tamara Məmmədovanın bacısına toy etməsinə dəstək olub. Belə ki, Novxanıda bağ evində kino çəkilişi adı ilə toy mərasimi edib.

V.Mustafayev şəxsi “əlaqələri” vasitəsilə hüquq-mühafizə orqanlarını aldadıb, polis əməkdaşlarına film çəkilişi aparıldığı deyilib. Toyda şou aləminin bir sıra tanınmış simaları da iştirak edib.

Məsələ ilə bağlı Azsiyasət.com saytı bir sıra suallara cavab tapmaq üçün qısa bir araşdırma aparıb. Axı bir telekanal rəhbərini öz işçisinə qarşı “xüsusi” münasibət göstərməyə nə vadar edə bilər? Ölkə başçısının karantin rejimi ilə bağlı verdiyi göstərişlərə məhəl qoymayan V.Mustafayev öz işçisinin bacısına nəyə görə toy təşkil edib?

Telekanldakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, bacısına toy edən T.Məmmədova ilə V.Mustafayev arasında isti münasibətlər var. Buna görə də telekanalda T.Məmmədovanın səlahiyyətləri hüdudsuzdur. İstədiyi qərarı verə, hətta telekanal rəhbərinin verdiyi qərarları belə dəyişə bilər. İstədiyi şəxsi işdən qovur, istədiyi şəxsi vəzifəyə qoyur. T.Məmmədova telekanal rəhbəri ilə olan şəxsi münasibətlərindən istifadə edərək işçilərə qarşı əsl aqressiya nümayiş etdirir və televiziyada heç bir məntiqə, qanuna və etik qaydalara sığmayan despot rejim qurub. Artıq onun telekanaldakı hegemonluğunun səbəbləri hər kəsə bəllidir. 

Eyni zamanda, mediaya heç bir aidiyyatı olmayan, qeyri-peşəkarlığı ilə “populyarlaşan”, bircə müəllif yazısı olmayan T.Məmmədova 3 illik “staj”la 2017-ci ildə Jurnalistlər binasından da ev alıb. Məhz V.Mustafayevin sevgisi hesabına, sifarişlə…

Bir neçə ay bundan öncə T.Məmmədovanın adı başqa bir qalmaqalda da hallanırdı. T.Məmmədovanın adı hallanan ən böyük qalmaqal bu günlərdə məhkəmə müstəvisinə də çıxıb. Belə ki, “Space TV”nin telekanalının əməkdaşı Vüqar Ağayev 100-dən çox insana pul ataraq, ölkədən qaçıb. V.Ağayevə pullar aparıcı, kimi operator kimi reklam işinə düzəlmək üçün ödəyiblər. Hamısından da həmin pullar dövlət rüsumu adı altında alınıb. Maraqlıdır ki, həmin insanlar 4-5 ay telekanala təpik döyüb. Sadəcə onlara deyilib ki, siz yeni işçi olduğunuzdan maaşlarınız bir neçə ay gecikəcək, ancaq sonda hamısı birlikdə ödəyəcəyik. Maraqlıdır ki, bu şəxslərin adı telekanalın işçiləri siyahısına da salınıb. Bu isə ondan xəbər verir ki, V.Ağayev dələduzluğu təkbaşına həyata keçirməyib. Şikayətçilərin ölkə mediasına verdiyi məlumata görə, ölkədən qaçan Vüqar Ağayev hazırda “Space TV”də proqram müdiri olan Tamara xanımla birlikdə iş birliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alıblar, lakin sözlərinə əməl etməyiblər”. 

Tamara Məmmədovanın bacısının toyundan foto…

araz.az xəbər portalı.