WhatsApp Image 2020 08 23 at 10.36.27Tanınmış həkim Aynurə Hidayətqızı xroniki xəstəliklərin müalicəsiylə bağlı Analoq.az-a açıqlama verib.

O bildirib ki,xroniki xəstəliklər hər hansı bir xəstəliklə vaxtında müalicə aparılmadıqda o, xronikiyə çevrilir,insanlar səhhətlərinə baxmırlar və ya deyərdim ki, həkimə müraciət edəndə çaş-baş qalırlar, bilmirlər ki, hansı həkimə, hansı ağrı və şikayətlə müraciət etsinlər,çünki yalnış həkimin qapısını döyməkdən qorxurlar.

Auditoriya kütləsi qazanmaq həm asandır, həm də çətindir.Asandır, ona görə ki, insanlara olduğun kimi görsənməlisən,ilk növbədə, əsil həkim xəstəyə biznes,qazanc kimi baxmamalıdır,əsil həkim xəstəni sağaltmağa çalışmalıdır, hətta yeri gələndə o, xəstəyə yardım da etməlidir,Allah xəstəyə və bir də kasıba əl tutanın savabını hər zaman qazandırır.Çətindir, ona görə ki, əsil həkimi pis həkimlə səhv salıb mənfi rəyləri hamıya şamil edirlər, bu isə əsl insan olan həkimi mənəvi əzir.

Narazılığı da sevgini də insan özü qazanır,həkim də, xəstə də insandır,necə deyərlər, vicdanlı insan olduğu kimi tam tərs xarakterli insanlar da var.

Analoq.az

araz.az xəbər portalı.