Tanınmış ermənişünas alim, siyasi analitik Qafar Çaxmaqlı Türkiyənin Qara dənizdə 320 milyard kubmetr həcmində nəhəng təbii qaz yatağı tapmasından sonra yaranmış durumu Moderator.az-a şərh edib:
“Türkiyənin Qara dənizdə bu qədər böyük miqdarda qaz yataqlarını kəşf etməsi onsuz da son illər regional gücə çevrilən Türkiyənin bölgədə üstün rolunu birə beş artıracaq. Qara dəniz sahillərindəki ölkələr və burada olan ərazilər əslində türk coğrafiyasıdır və bəzilərinin hələ də xəyal kimi baxdıqları Turan ideyasının gerçəkləşməsi üçün daha bir addım olacaqdır. Sanki Allah da dünyanın xilası və ədalətin bərpası üçün bütün Türk qövmünə şans yaradır. Türk və onun şanlı ordusu Allahın ordusudur, getdiyi hər yerə ədalət götürəcəkdir. Azərbaycana da ədaləti bərpa etmək üçün gəlib. Qara dənizin Türk dənizi olduğu da bu böyük kəşflə bir daha təsdiqlənəcəkdir. Əhməd Cavadın “Çırpınırdı Qara dəniz,.. Baxıb Türkün bayrağına” misraları necə də yerinə düşür. Bu bayraq hələ çox yerlərdə dalğalanacaq. Türkiyə Aralıq dənizində də dışlanmasının qarşısını aldı. Burada meydan sulamaq istəyənlərin də dərsini verdi, Qara dənizdə qaz hasilatından sonra Ağ dənizdə də öz gücünü göstərəcəkdir. Mən elə düşünmürəm ki, Bakıdan uzanan enerji xəttinin əhəmiyyəti azalacaqdır, əksinə Türkiyə Azərbaycanın maraqlarının təmin olunmasına, bizə olan basqıların azalmasına yardım edəcəkdir. Bu olaydan sonra bəzi ölkələrin qarın ağrısına düşməsini də təbii sayıram. Amma indi elə siyasət aparılmalıdır ki, Türkiyəni beynəlxalq güclərin oyunlarına çəkə bilməsinlər. Ramiz Mehdiyevin nəvəsinin toyu olayının və bu kimi ucuz gündəm dəyişdirmək olaylarının Türkiyənin 320 milyard rezervi olan qaz yataqlarının kəşfi kimi inqilabi bir hadisə ilə heç müqayisə etməzdim. Bəlkə də Ramiz Mehdiyevin bağlı olduğu xarici dairələr hansısa mesajı vermək istəmişlər. Amma bu xırda işdir, kimsənin dövlətimizə xələl gətirəcək hərəkətlərə yol verməsinin qarşısı alınmalıdır. Bəzi dairələr də artıq anlamalıdırlar ki, Türkiyə kimi bir milli güclə konfederativ əsaslarla bütövləşmə Azərbaycanın xilası üçün və torpaqlarının sahibi olması üçün yeganə yoldur. Biz də İrəvan Türk Cümhuriyyəti olaraq Türkiyənin bu kəşfini sevinclə qarşıladıq. Tanrı Türkə yar olsun!”
araz.az xəbər portalı.