Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu dəfə Gəncə şəhərində keçirdiyi əməliyyat nəticəsində iki sabiq məmuru saxlayıb.
araz.az-ın əldə etdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində həbs olunan həmin iki şəxs Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Məharət Mustafayev və Əli Rüstəmlidir.
Qeyd edək ki, Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayonunun icra başçısı vəzifəsində çalışıb. 2016-2018-ci illərdə isə, o, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsini tutub. Vəzifədə olduğu müddət ərzində Gəncə şəhərində mülkiyyət, torpaq satışı məsələləri yalnız Məharət Mustafayevin “monopoliyasında” olub. Onun adı Gəncədə qanunsuz torpaq satışında, digər qanunsuz əməllərdə dəfələrlə hallanıb.
Onu da qeyd edək ki, hər iki şəxs Elmar Vəliyevin yaxın adamları hesab olunur və adları yaxşı mənadan xatırlanmır.
araz. az xəbər portalı.
araz.az xəbər portalı.