Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotu Minskdə İstiqlaliyyət Sarayının ərazisində eniş edib.Turkustan.info Belarus mətbuatına istinadla xəbər verir ki, dövlət başçısı nəqliyyat vasitəsindən bronjiletdə və əlində avtomatla çıxıb.Həmin anın videosunu Belarus liderinin Mətbuat Xidmətinə yaxın olan “Pul pervoqo” teleqram kanalı yayımlayıb.Kadrlardan görünür ki, avtomatın maqazini yoxdur.Qeyd edək ki, Minskdə çoxminlik etiraz aksiyaları davam edir, onların iştirakçıları avqustun 9-da keçirilən prezident seçkilərində səslərin yenidən hesablanmasını, həmçinin yeni səsvermənin keçirilməsini tələb edirlər.
{loadmoduleid 228}
araz.az
araz.az xəbər portalı.