6778888Azərbaycanlı məmur və nazirlərin şəxsi həyatı cəmiyyətə həmişə qapalı olub. Bu səbəbdən də son illərdə daha çox bloger kimi tanınan Olqa Leibmanın uzun illər əvvəl Azərbaycanın İdman naziri ilə sevgili olması xəbərləri sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə yol açıb. Biznes ledi nazirin adını və hansı illərdə onunla görüşdüyünü gizlətsə də, özünün 3 dəfə rəsmi evli olduğu hər kəsə məlumdur.

PARLA oxucuları Olqa Leibman haqqında maraqlı faktlarla tanış edir.

12 iyun 1973-cü ildə Kostromada anadan olan Olqa hazırda müasir iş qadınıdır. Olqanın ilk tərcümeyi-halı, qızlıq soyadı geniş ictimaiyyətə məlum deyil. Təsdiqlənməmiş məlumatlara görə, sosial şəbəkələrdə qızın sadə sovet ailəsindən çıxması barədə söz-söhbətlər gəzir. Özü də bir neçə dəfə etiraf edib ki, keçmişi barədə danışmağı xoşlamır və bunun müəyyən səbəbləri var.

Fəhlə ailəsində dünyaya göz açan qızcığaz təhsil haqqını bazarda satdığı qarpızların pulundan çıxarırdı. Amma o, həyatdan daha çoxuna nail olmaq istəyirdi, buna görə də diplomunu aldıqdan sonra dərhal paytaxta üz tutur.

молодая ольга лейбман

Bir çoxları düşünür ki, sahib olduğu gözəllik ona istədiyini əldə etməyə kömək edəcək, bunun üçün də xüsusi səy göstərməyə ehtiyac yoxdur. Olqa isə Moskvaya gələn kimi Universitetə ​​sənədləri təqdim edərək ikinci ali təhsilini alır. Möhkəm, məqsədyönlü xasiyyətə sahib olan iddialı qız tez bir zamanda paytaxtda gedən perspektivləri düşünür və görür. Onun karyerasının başlanğıcı televiziya layihəsindəki it kəmərinin satışından başlayır. O, proqramın reytinqini tez bir zamanda qaldırır və satışları bir neçə dəfə artıra bilir, çünki inanılmaz inandırıcılıq qabiliyyəti və səmimiyyəti ilə insanları özünə cəzb etməyi yaxşı bacarırdı.

2007-ci ildə “Kişi intuisiyası” filmində əas rollardan birinə dəvət edilir. Debüt filmi çox uğurlu olmuşdu, amma Olqa aktrisalıq karyerasını davam etdirmədi, onu TV formatında canlı ünsiyyət daha çox cəlb edirdi. Sonra o, restoranla bağlı yeni bir televiziya layihəsində iştirak edir. Televiziyada lazımi əlaqə və tanışlıqlar qazandıqdan sonra Olqa Moskvada öz model agentliyini açır.

Eyni zamanda gələcək iş qadını Rublevkada makler xidməti təklif edən şirkətini qurur. Təşəbbüskar, ünsiyyətcil Olqa kömək üçün ona müraciət edən hər bir müştərini məmnun edə bilirdi. Müştəri bazası görünməmiş şəkildə böyüyən Olqa özünə hər küncü dəbdəbəli olan malikanə alır.

2003-cü ildə Leibman həyat yoldaşı və dostu Valentin Solyanikov ilə birlikdə paytaxtda tamamilə yeni bir müəssisə – Meramed tibb mərkəzini təsis edir. Cəmi bir neçə il ərzində tibb mərkəzinin müxtəlif bölgələrdə şəbəkələri də fəaliyyətə başlayır. Yeni biznes iş adamlarına böyük qazanc gətirir.

Analitik düşüncə, iş qabiliyyəti və yaxşı əlaqə ilə Leibman peşəkar işçilərinin sayını artırır və tibbi xidmətlərin çeşidini genişləndirir. İndi tibb mərkəzində yalnız anti-yaşlanma prosedurları deyil, həm də digər xidmətlər təklif edir.

Təəssüf ki, qazanılmış bütün uğurlar iflas olur. Ailə vəziyyətinə görə iş qadını klinikadan bir az geri çəkilməli və özünü uşaqlarına həsr etməli olur. 2008-ci ildə idarəetmənin sükanları bütünlüklə Valentin Solyanikova verilir. İqtisadi böhranın başlaması tibb ocağının fəaliyyətinə mənfi təsir göstərir və klinika iflas edir. Olqa yenidən daşınmaz əmlakın elit biznesinə qayıdır. Maliyyə yığaraq iş qadını 2011-ci ildə tibb mərkəzini yenidən canlandırır, oranın tamhüquqlu və yeganə sahibi olur.

Uğurlu iş qadını 3 dəfə rəsmi nikahda olub. Onun nikahlarının heç biri uzunömürlü olmsa da, o, heç vaxt həyatdan şikayətlənmirdi, hər şeyi yaxşısı və pisiylə qəbul edirdi. Möhtəşəm görünüş, gözəl bədən quruluşu və möhkəm xarakteri sayəsində o, həmişə ətrafına nüfuzlu kişiləri cəlb edə bilib.

İlk nikah

Olqanın ilk əri “Dinamo” futbol klubunun peşəkar oyunçusu olub. Təsadüfi tanışlıq nəticəsində o, ilk baxışdan gəncin qəlbini fəth etmişdi. Tezliklə evlənən cütlüyün bir qızıları dünyaya gəlir. Amma həyat yoldaşı evdə az-az tapılırdı, evin bütün yükü qızın kövrək çiyinlərində idi. Olqa dörd divarın içində oturub həyat yoldaşını gözləyən və heç nə olmamış kimi davranan itaətkar qadın deyildi. Gün keçdikcə ailədaxili qalmaqallar, iflaslar, qarşılıqlı şikayətlər böyüyürdü. Beləliklə, evlilik uzun sürmür və onlar boşanır. Bir qızı ilə tək qalan qadın kömək üçün kimə müraciət edəcəyini bilmirdi, amma güclü iradəli xarakteri bu dəfə də onu yarıyolda qoymur.

Təəccüblüdür ki, Olqa ilk ərindən ayrılığı üçün nəinki kədərlənmir, əksinə daha çox aktiv həyat tərzi keçirməyə başlayır və işini uğurla həyata keçirir. Gələcək həyat yoldaşı ilə tanışlıq paytaxtdakı elit restoranda baş tutur. Vladimir Leibman Amerikanın olduqca uğurlu bir iş adamıdır.

İkinci nikah

Ольга и Владимир Лейбман

Leibman cütlüyü təkcə Rusiyada deyil, xaricdə də bizneslərini genişləndirməyə davam edirlər. Olqa bir müddət ABŞ-da yaşamalı, təcrübə toplamalı və şirkətin inkişafına nəzarət etməli idi. Həyat yoldaşının dəstəyi sayəsində işgüzar qadın kimi özünü doğruldur. Tezliklə onların əkiz övladları dünyaya göz açır. Ancaq bu sevincli hadisə başqa bir xoşagəlməz bir həqiqətin kölgəsində qalır, ikinci həyat yoldaşı narkotik aludəçisinə çevrilir… Adam getdikcə daha çox evdən uzaqlaşır, uçuruma bir az daha da yaxınlaşırdı… Belə bir münasibəti davam etdirməyin mənasız olduğunu düşünən üç uşaq anası ərindən ayrılmağa qərar verir. Olqa və Vladimir sülh yolu ilə boşanır, uşaqlar anasında qalır.

Lakin ikinci uğursuz evlilik güclü iradəli qadının həyatında dərin izlər qoyur. Bir neçə ay ictimaiyyət qarşısında görünmür, sonradan Olqanın ciddi depresiya vəziyyətində olduğu ortaya çıxır. Ancaq uşaqlara qayğı göstərmək və analıq vəzifəsi inadkar qadını yenidən həyata qaytarır.

Üçüncü nikah

Кирилл Яковлев и Ольга Лейбман

Olqa Leibman əsl Simruq quşudur, o hər dəfə küllərindən yenidən doğulur, öz nailiyyətləri və cəsarətli iş qabiliyyəti ilə ictimaiyyəti daha çox təəccübləndirirdi. Bu dəfə o, özündən 17 yaş kiçik Kiril Yakovlayev adlı yaraşıqlı bir bəylə evlənir.

Bu gün Olqa məşhur bloger və iş qadınıdır. Bir milyon dollarlıq işi uğurla təbliğ edir. İşgüzar qadın ünsiyyətə olduqca açıq insandır, zaman-zaman İnstaqramda izləyiciləri ilə maraqlı həyat hadisələrini paylaşır. Azərbaycanlı nazirlə 2 ilə yaxın sevgili olduğunu deməsi də Olqanın səmimi etiraflarından biri idi. Lakin maraqlıdır ki, mətbuata açıq olan bu qadın bu vaxta qədər müsahibələrinin heç birində azərbaycanlı məmurla eşq yaşaması barədə danışmayıb.

İddia edilir ki, Olqanın sevgili olduğu məmur bir vaxtlar idman naziri postunda çalışan Əbülfəs Qarayevdir.

Bir neçə gün əvvəl azərbaycanlı məmurla sevgili olduğunu deyən iş qadını açıqlama verib. Ən maraqlısı odur ki, Olqa Leibman sözlərini təkzib edib.

“Heç bir şərh bildirməyəcəm, heç bir roman olmayıb, unudun getsin, söhbət evli insanlardan gedir. Heç nə olmayıb, bu söhbəti unudun” , – o, eksklüziv açıqlama verib.

Yeri gəlmişkən, Olqanın adı son günlərdə başqa bir məşhur azərbaycanlı vəkil Elman Paşayevlə hallanır. Rusiyanın adlı-sanlı vəkillərindən biri olan Elman Paşayevi Olqa dələduzluqda ittiham edir. O, bu barədə video paylaşaraq Amerikada yaşayan rəfiqəsinin Elman Paşayevə yüksək məbləğdə pul göndərdiyini deyib. Olqa Paşayevin hebasına 170 min dollar köçürdüyü iddia edir. Olqanın sözlərinə görə, aldığı pulun müqabilində vəkil öz işini yerinə yetirməyib. Elman Paşayevə pul ödəməsi barədə əlində dəlilləri olduğunu deyən Olqa onu məhkəməyə verdiyini bildirib.

araz.az

araz.az xəbər portalı.