eldeniz“Vəzifəsindən asılı olmayaraq, hər vətəndaş qaydalara riayət etməlidir”.

Bunu millət vəkili Eldəniz Səlimov deyib.

Deputat bildirib ki, heç kimin, xüsusən xalq qarşısında məsuliyyət daşıyan şəxslərin dövlətin qanunlarını pozmağa haqqı yoxdur: “Qanunverici orqanın təmsilçiləri olaraq deputatlar 6 aya yaxındır ki, seçicilərini karantin rejiminin tələblərinə riayət etməyə çağırırlar. “Sadə vətəndaşı karantin şərtlərini qəbul etməyə, hərəkət məhdudiyyətlərinə uymağa, işsiz evdə oturmağa səsləyirik. Digər tərəfdən bu qadağaları pozma hallarının şahidi oluruq. Bunu necə qiymətləndirmək olar? Cənab Prezident İlham Əliyev hər çıxışında və görüşlərində ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, yaranmış vəziyyətin tələblərini ciddiyə almağa çağırır. Bildirir ki, vəzifə daşıyıcıları sadə insanlara nümunə olmalıdır. İndi isə üzücü mənzərənin şahidi oluruq. Vətəndaşları nizam-intizama səsləyən vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur və buna haqq qazandırmağa çalışırlar. Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Şəhər və rayonlarda karantin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimə olunur. Eyniylə bu sərt addım qanunu pozan məmurlara daşamil olunmalıdır”.

Parlament üzvü deyib ki, heç kəs dövlətə meydan oxuya bilməz: “Əgər kimsə düşünürsə ki, bu addımı ilə dövlətə meydan oxuyur, yanılır və böyük səhv edir. Karantin qaydaları hərkəs üçündür! Kasıb, varlı, müəllim, deputat, həkim, iqtidar, müxalifət, taksi sürücüsü! Fərqi yoxdur! Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz! Bu gün karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətda inzibati qaydada həbs edilirsə bu hərkəs üçün ciddi dərs olmalıdır! Toy qadağası davam edir və bu hərkəs üçün belədir! Baş verənlər heç kəsə xüsusi imtiyaz verilmədiyini və verilməyəcəyini göstərir. Çox böyük zəhmət nəticəsində əldə edilmiş müsbət vəziyyətin daha da yaxşılaşdırılmasının ilkin şərti, kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməkdir. Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dini mərasimlərin, toy və hüzr məclislərinin keçirilməsi qadağandır”.Serq.az

araz.az xəbər portalı.