100912603 f4b154a7 2d86 4464 89a7 02982a84f3b0Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bir sıra vəzifəli şəxslər cərimələnib. Amma Ramiz Mehdiyevlə bağlı hər hansı bir cəza tədbiri yoxdur.

araz.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən hüquqşünas Aslan İsmayılov bildirib ki, bu ayrı-seçkilikdir. Onun sözlərinə görə qanun qarşısında hər kəs bərabərdir.

“Əslində Ramiz Mehdiyevin də cəzalandırılmaması ona qarşı sərgilənən ayrı seçkilikdir. Hesab edirəm ki, hər şeydən öncə Ramiz Mehdiyev cəzalandırılmalıdır. Çünki, həmin tədbirin təşkilatçısı və ağsaqqalı odur”. 

araz.az

araz.az xəbər portalı.