Modelin tanışı onun xatirələrini müəllifin xəbəri olmadan jurnalistlərə verib.
Araz.azxarici mediaya istinadən bildirir ki, Makduqal mətnin həqiqiliyini təsdiqləyib, lakin bu mövzuda “National Enquirer” jurnalı, American Media şirkəti ilə bağlanmış məxfilik razılaşmasına görə yayılmasından imtina edib.
Həmin əlyazmalarda sadalanan bəzi faktlar digər mənbələrdən əldə olunan məlumatlarla üst-üstə düşür.
Makduqal Trampla 2006-cı iyun ayında “Playboy”un naşiri Xyu Hefnerin təşkil etdiyi gecədə tanış olub. Milyarder modeldən xoşu gəlib və bütün gecə boyu ona komplimentlər deyib.
Gecənin sonunda o, modeldən telefon nömrəsini soruşub. Nəticədə vaxtaşırı telefonla ünsiyyətdə olublar.
İkinnci görüş Los-Ancelesdə baş tutub. Tramp Makduqalı Beverly Hills Hoteldə özəl bunqaloya dəvət edib.
“Mən çox əsəbiləşdim – qadın yazır. – Onun intellekt və cazibəsi məni cəlb edirdi. Belə nəzakətli kişi”.
Onun sözlərinə görə, onlar iki saat danışıb, sonra isə intim əlaqədə olublar. Bundan sonra milyarder ona pul təklif edib, amma model imtina edib.
Tramp hər dəfə Los-Ancelesə yolu düşəndə Makduqalı görüb.
Görüş eyni ssenari üzrə davam edib: Beverly Hills Hotelin bunqalosu, kartof püresi ilə bifşteks, intim əlaqə.
Model qeyd edir ki, milyarder heç vaxt spirtli içki qəbul etməyib. Bundan əlavə, ona özü haqqında imzalanmış kitabları və məqalələri tez-tez göndərirdi.
ABŞ-ın gələcək prezidenti Makduqalı bir neçə dəfə müxtəlif tədbirlərə götürüb, səfərlərinin pulunu gizli ödəyib. 2006-cı ilin iyul ayında onlar qolf çempionatında olublar.
Model bildirib ki, onlar turnir zamanı sekslə də məşğul olurdular. Həmin çempionatı Trampın digər sevgilisi – pornoulduz Stormi deniles də xatırlayırdı. O, həmçinin turnir zamanı seks haqqında danışırdı. Qadınlar bu zaman qarşılaşmamışdılar.
Makduqal iddia edirki, Tramp onu özünün ailə üzvləri ilə də tanış edib.
2007-ci ilin yanvar ayında o, milyarderin oğlu donald Tramp, onun hamilə həyat yoldaşı Vanessa və Kim Kardaşyanla birgə nahar da edib.
Milyarder Nyu-Yorkda model üçün özünün Trump Tower rezidensiyasına gəzinti təşkil edib.
O, ayrıca həyat yoldaşı Melaniyanın burada gecələməyə üstünlük verdiyi yataq otağını göstərib.
Makduqal iddia edir ki, Trampla münasibətini 2007-ci ilin aprel ayında pozub.
O, məşuqəsi olmaq istəmirdi, milyarderin təhqiramiz davranışı isə son damla olur.
Belə ki, o bir dəfə modelin anasını “köhnə səbət” adlandırır, digər xoşagəlməz söhbət, Makduqalın adını çəkdiyi, Trampın onun rəfiqəsi görüşdürəndə olur.
ABŞ-ın gələcək prezidenti onun boyfrendinə “böyük qara üzvü” haqqında söhbət açmaq istəyib, daha sonra qadının zahirini və sinəsinin ölçüsünü müzakirə etməyə cəhdi olub.
2016-cı ilin noyabr ayında American Media şirkəti Makduqala onun bu əhvalatı ilə eksklüziv hüquqa sahib olmaqdan ötrü Makduqala 150 min dollar ödəyir.
“New Yorker” hesab edir ki, özünü Trampın dostu sayan American Medianın icraçı direktoru Devid Peker modelin xatirələrinin hüququnu onun yayılmaması üçün pulla alıb.
Bu ilin yanvar ayında Trampın vəkili Stormi deniels kimi tanınan pornoulduz Stefani Klifforda dövlət başçısı ilə münasibəti haqda susması üçün 130 min dollar ödəyib. Pressday.az
araz.az xəbər portalı.