WhatsApp Image 2020 08 24 at 15.54.43Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin həbs edilməsi ilə bağlı məlumatlar yaydı. Əvvəl məlumatın həqiqətə uyğun olmadığı bildirilsədə, sonradan baş memar A. Əliyev həbs edildi.

Xatırladaq ki, Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumat üçün bildirək ki, Akif Əliyevlə birgə daha bir neçə şəxs istintaqa cəlb edilməli idi.

Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Xırdalan şəhəri “Beton Zavod” deyilən ərazidə və digər qanunsuz yerlərdə fərdi evlərin tikintisi üçün “baş memarla” daha sıx əlaqə quran şəxslərdən biri ASC sədri kimi özünü təqdim edən Nəcəfov Ceyhun Zülfiqar oğludur. Belə ki, Dövlət Əmlak Komitəsinin nəzarətində olan torpaq sahələrinin bir qismi ASC-nin sədri Ceyhun Nəcəfovun nəzarətində olduğu təsdiqləndi.

Əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, ASC-nin sahibi Ceyhun Nəcəfov həmən ərazidə yerləşən səhimlərin 30 %-nə sahibdir. Adı hallanan şəxsin Əmlak Məsələləri Dövlət Xidməti ilə torpaqların icarəsi barədə müqaviləsi yoxdur. Beton zavod deyilən ərazinin ümumi sahəsi 4 ha və C. Nəcəfovun nəzarətində olan hissə anbar deyilən yerdir. Lakin ASC-nin sahibi Ceyhun Nəcəfov və Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin keçmiş müdiri (baş memar) Akif Əliyev əlbir olaraq həmən ərazidə fərdi evlərin tikintisi üçün vətəndaşlara “dabro” verənlərin olduğu bildirilir. Ərazidə yaşayan sakinlər iddia edirlər ki, Ceyhun Nəcəfovu “görüm-baxım” etməyənlərin evləri sökülməklə hədələnir. Dəqiq desək, adı hallanan şəxslərə mütləq tələb olunan məbləğ verilməli idi. Maraqlı məqam ondan ibarətdir ki, yuxarıda göstərilən ərazidə fərdi evlər hansı qaydada tikilib və C. Nəcəfov bundan məlumatı olmayıb? Əslində, ASC sədri C. Nəcəfov hazırda həbsdə olan baş memar A. Əliyevlə əlbir olaraq icra başçısının adından istifadə edib qanunsuz tikililərə şərait yaradiblar. Hadisələr bir daha sübüt etdi ki, Akif Əliyev vəzifə səlahiyyətindən sui-istifadə edərək qanunları kobud şəkildə pozub. Onu da nəzərinizə çatdıraq ki, ASC sədrinin məlum cinayət hadisələrindən kənarda qaldığı isə bəzi şübhələr yaradır. Son məlumatlara görə, sakinlər dövlət başçısına müraciət etmək üçün qəti addımlar atacaqları bildirilir.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən rayon icra hakimiyyətinin əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Araşdırmalarımız davam edir…

DOSYE.ORG

araz.az xəbər portalı.