Rusiyanın tanınmış aktrisa və blogeri Olqa Leybman azərbaycanlıların marağına səbəb olacaq məsələdən söz açıb. O, Azərbaycanın Gənclər və İdman naziri ilə eşq macərası yaşadığnı bildirib.
Bizimyol.info xəbər verir ki, qadın bloger “Instagram” hesabında bununla bağlı video yerləşdirib. Leybman Azərbaycan səfərini xatırlayıb.
“Mən Azərbaycanda olmuşam. Orada altı ay yaşamışam. Azərbaycanın idman naziri ilə çox möhtəşəm eşq macərası yaşadım. Çoxdan…”, – bloger belə deyib.
Leybman konkret ad çəkməsə də, söhbətin Azad Rəhimovdan getdiyi aydındır. Çünki bu xanım karyerasına 2007-ci ildən başlayıb. Ona qədər isə çox adi həyat sürüb, bölgədə bazarda işləyirmiş. Hətta əvvəlki fotolarında daha kök olduğu görünür. Özü də etiraf edib ki, çəkisi indikindən 36 kiloqram çox olub. Əvvəlki çəkisi 90 kq, hazırda isə 54 kiloqramdır.
Azərbaycanın Gənclər və İdman naziri 2006-cı ildən Azad Rəhimovdur. Blogerin dediklərinə onun münasibəti hələlik məlum deyil.
Olqa Leybman 1973-cü il iyunun 12-də doğulub. Karyerasına aktrisa kimi başlayıb. Kinoda ilk addımlarını 2007-ci ildə atıb. İndi ölkənin ən varlı qadınlarından sayılır. Malikanəsinin sahəsi 1200 kvadratmetrdən böyükdür. Avtomobilinin dəyəri 1 milyon avronu ötür. Üç dəfə ailə həyatı qurub. İkinci həyat yoldaşı ona tibb biznesi qurmağa kömək edib.
1964-cü il təvəllüdlü Azad Rəhimov ailəlidir, bir oğlu var.
araz.az xəbər portalı.