“Məndə olan məlumata görə, Ramiz Mehdiyev Abel Məhərrəmovun cəzalandırılmasında, onun rektorluqdan uzaqlaşdırılmasında çox ciddi, həlledici rol oynayıb. Bunu bilə-bilə Abel Məhərrəmovun həm də akademikə yaraşmayan yaltaq mövqe nümayiş etdirib, o cür çıxış etməsini gözləmirdim”.
Miq.Az xəbər verir ki, bunu bunu millət vəkili Fəzail Ağamalı deyib. O, qeyd edib ki, Abel Məhərrəmov şəxsiyyətinə hörmət edən adam deyil.
“Xalqın adından danışmaq kimi cəsarətli yükü öz üzərinə götürməsi ən böyük məsuliyyətsizlikdir. Mən Abel Məhərrəmovu hansı cəzanı gözlədiyini bilmirəm. Amma ən böyük cəza insanların onu tənbeh etməsi, onu görəndə üzünü çevirməsidir.
Mənə elə gəlir ki, Abel Məhərrəmovda zərrə qədər özünə hörmət varsa, bu, ona mənəvi işgəncə verməlidir. Abel Məhərrəmov BDU-nun rektorluğu vəzifəsindən azad edildiyi zaman mənə suallar ünvanlayırdılar. Mən Abel Məhərrəmova təsəlli verəcək sözlər demişdim. Demişdim ki, hər bir insanın həyatında səhvlər olur, o səhvlərdən birini də Abel Məhərrəmov edib, cəzasını aldı. Onun ətrafında müzakirə aparmağa ehtiyac yoxdur, akademik, alimdir, uzun illər BDU-nun rektoru vəzifəsini icra edib.
İndi təəssüf edirəm ki, Abel Məhərrəmov haqqında o ziyalıdır, alimdir sözlərini işlətməyə dilim gəlmir”.
Fəzail Ağamalı toy məclisində iştirak edən millət vəkili Siyavuş Novruzov haqqında da danışıb:
“Səyavuş Novruzov millət vəkili olaraq karantin rejimi qaydalarını pozmalı, toya dəvət olunsa da, getməli deyildi. Orada xanımı Ombudsman Səbinə Əliyevanın iştirakı da birbaşa olaraq Siyavuş Novruzovun günahıdır.
Aldığım məlumatlara görə, Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası tərəfindən cəzalandırılıb. Siyavuş Novruzovun orada iştirak etməsində məndə xüsusi olaraq təəccüb yaradan o oldu ki, o, hər zaman danışıqlarında ermənilərə qarşı nifrətini ortaya qoyurdu. Ancaq o toy mərasimində Siyavuş Novruzov başdan başa ermənilərin əhatəsində idi.
Ramiz Mehdiyevin erməni həyat yoldaşı olan Kalinanın, Kalinanın qardaşı, Ramiz Mehdiyevin kürəkəni olan Levonun və onun erməni övladlarının əhatəsində Siyavuş Novruzov toy şənliyində iştirak edirdi, özünü çox rahat hiss edirdi. Bu baxımdan düşünürəm ki, Siyavuş Novruzov burada çox böyük günah işlətdi və dediklərinin əksinə davranışlarını ortaya qoydu”.
araz.az
araz.az xəbər portalı.