6f8d84a9127a7344f488895da3438332.jpg


 Əməkdaşımız akademiki öldürən Nizami Nağıyevlə məhbəsdə görüşdü; məhbus ilginc bilgilər verdi –    cinayət dosyesinin yeni detalları, qatilin həyat hekayəsi

Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər. 

Nizami Nağıyev ile ilgili görsel sonucu

Nizami Nağıyevin atası, vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olmuş Adil Nağıyevin iki həftə öncə “Yeni Müsavat”a müsahibəsində açıqladığı və geniş rezonans doğuran məlumatlardan sonra Penitensiar Xidmətə məktubla müraciət etdik. Xahiş etdik ki, Ziya Bünyadovun qətlində adı keçən Nizami Nağıyevlə görüşümüzə şərait yaradılsın.

ziya 2.jpg (212 KB)

 Nizami Nağıyev

Müraciətimiz nəzərə alındı və birbaşa qədim insan məskəni – Qobustana yollandıq.  Qobustan Qapalı Həbsxanası Qobustan Qoruğunun bir kənarındadır. Qoruqdakı iri daş-qayaları həbsxana həyətindən də seyr etmək olur. Bir neçə mühafizə zolağı ilə əhatələnən həbsxana ərazisindəki insanların üzü də sanki daşlaşıb, ətrafdakı qayaların bir parçasına dönüb. Nəzarətçilər suallara cavab verirlər, mimikaları dəyişmir. Sanki hisslərini büruzə vermək də yasaqdır. Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur.

Öncə onu qeyd edim, gününün böyük hissəsini könüllü şəkildə, nəzarətçi olaraq bu həbsxanada keçirmək də çox çətin işdir. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz…

Elshan Memmedeliyev ziyanın qatili.jpg (121 KB)

(“Yeni Müsavat”ın müxbiri Elşən Məmmədəliyev Nizami Nağıyevin saxlanıldığı Qobustan Qapalı Həbsxanasında) 

Həbsxananın giriş qapısındakı dəmir barmaqlıqlardan düzəldilmiş məhəccərin içindəki dəmir turniketdən keçdim. Ardından yaxasındakı döş nişanından “usta” sözü asılmış zabit “əllər yuxarı” əmri verdi. Təpədən dırnağa qədər üst-başımı yoxladı, əlimdəki siqaret blokunu götürüb o tərəf, bu tərəfinə baxdı. Bağlamanın tamlığına xüsusi diqqət edib dəmir məhəccərin əks tərəfindəki əsgərə “qapını aç” əmrini verdi. Ağır dəmir qapı cırıldayıb açıldı. Həmin qapıya çatınca bir dəmir məhəccərli qapını da keçməli olduq. 

ziya 1.jpg (321 KB)

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin  qolları arasından qandal parıldayır… Bayaqdan yanımda addımlayan, əli ilə hərəkət istiqamətini göstərib kəlmə də kəsməyən nəzarətçi bir otağı nişan verir. Əsgərlər dustağı gətirib yanımdakı zabitə təqdim edir, qollarındakı qandalı açırlar. Əlləri ilə qollarındakı qandalın vurulduğu yeri ovuşduran orta yaşlı arestant zabitə müraciətlə “ömürlük məhbus Nağıyev Nizami Adil oğlu” sözlərini deyir və bu zaman anlayıram ki, müsahibim qarşımdadır.

Ermənistandan Ramana sovxozuna uzanan  yol…

Nizami Nağıyevin 5 yaşı olanda, 1969-cu ildə ailəsi  Ermənistanın Vedi rayonunun Qaralar kəndindən Bakının Sabunçu rayonu, Ramana qəsəbəsinə köç edib. Ailədə 5 uşaq olublar. 4 qardaş, 1 bacı. Nizami Nağıyev 4-cüdür. 2 qardaşı və bacısı ondan yaşca böyükdürlər, sonra da 1 qardaşı var.

Ramanada 8 illik məktəbi bitirib və Montində 2 nömrəli texniki peşə məktəbində maşinist peşəsinə yiyələnib. Oranı bitirəndən sonra Böyükşor qəsəbəsindəki sərnişin deposunda çilingər kimi işə düzəlib. 1982-ci ildə könüllü əsgərliyə getməsi sonradan həyatını müəyyən edib, Qobustan Qapalı Həbsxanasının qapılarını üzünə açıb:

O, həyatını belə nəql etdi:

– Atam əsgərliyə getməyimdən çox sonra xəbər tutmuşdu. Ramanadakı sovxozun direktoru idi, başı çox qarışıq olurdu. Biləndə ki, əsgərliyə getmişəm, qardaşıma 100 manat vermişdi ki, məni Moskvaya saldırsın. Qoymadım. Bizi bölüşdürdülər, gedib Kuril adalarındakı hərbi hissəyə düşdüm. Atama da məktub yazdım ki, 1 yüzlük də versəydin, buradan keçərdim Yaponiyaya…

Həbsxana ile ilgili görsel sonucu

Bizi bu oyuna salan Tariyel Ramazanov 1 il sonra mən olduğum hərbi hissəyə gəlib çıxdı. 1983-cü il idi, Moskvada fizika üzrə universitet bitirib gəlmişdi. Onun atası naxçıvanlı, anası içərişəhərli idi. Ana babası 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə Bakının qazisi olmuşdu. Əsgərlikdə dostluğumuz yarandı. İki azərbaycanlı uzaq Kuril adalarında bir hərbi hissəyə düşmüşdüsə, başqa cür ola da bilməzdi. Mən tərxis olunub Bakıya qayıdandan sonra o qalıb xidmətini davam etdirdi. Bakıya qayıdandan az sonra atam məni Leninqrada, gizirlər məktəbinə oxumağa göndərdi. 6 ay orada oxudum. Bakıya qayıdıb Salyan kazarmasında tağım komandiri oldum. 1990-cı il 20 yanvar hadisələri baş verəndə mən xidmətdə idim. Həmin gecə baş verənlərdən sonra orada xidmət aparan bütün azərbaycanlılar sovet ordusu sıralarını tərk etdik.

Parnik əkib, qoyun saxlayırdım…

Hərbidən ayrılandan sonra Ramanaya qayıdıb sovxozdan 1 hektar torpaq götürdüm. Həyətim də böyük idi. Şüşə parnik düzəltmişdim. Pomidor, xiyar əkir, məhsulu satıb yaxşı gəlir götürürdüm. 100 baş Qala cinsindən olan qoyunum vardı. Onları saxlamaq üçün çoban tutmuşdum. Həmin vaxt artıq ailəli idim, 2 övladım vardı. 1985-ci ildə evlənmişdim. Böyük oğlum 87, qızım 88-ci ildə dünyaya gəliblər. Kiçik oğlum 94-cü ildəndir. Vasif, Leyla, İsmayıl.

Qətlin təşkilatçısı Elmlər Akademiyasının elmi işçisi olub!

1991-ci ilin sonu idi. Tariyel kəndə yanıma gəldi. Onunla əsgərlikdən sonra tez-tez görüşürdük. Tariyel həmin vaxt artıq Milli Elmlər Akademiyasındakı institutlardan birində işləyirdi, elmi işçi idi. Boş vaxtlarında o bizə, mən onların evinə gedirdim. Vaxt olanda da şəhərdə görüşüb bulvara, kinoteatra, çayxanaya gedirdik. O vaxtlar getməyə yer o qədər də çox deyildi. “Araz” kinoteatrına, hərdən “Azərbaycan”a gedirdik. Bulvarda gedib çayxanada otururduq. Olurdu ki, mən onların evinə gedirdim. Montində, Xuluflu küçəsində yaşayırdı. O vaxt ailəli deyildi. Tariyel gec evlədi, 1996-cı ildə ailə qurdu. 1991-ci ildə yanıma gələndə dedi ki, namaz qılıram, sənə də məsləhət görürəm ki, namaz qılasan.

Onun atası Ramiz Ramazanov Milli Elmlər Akademiyasında fizika üzrə elmlər namizədi idi. Qardaşı əlil idi. Bacısı da ali təhsilli idi. Ziyalı ailə idilər.

Nizami Ziya Bünyadovun tərcümə etdiyi Quranı həbsxanada oxuyub

Tariyel İçərişəhərdə “Məhəmməd” məscidini götürüb təmir etmişdi, özü də olmuşdu məscidin başçısı. Sonradan bildim ki, o məscidi götürəndə ora dağınıq vəziyyətdə olub. Dindarlarla götürüb təmir eləmişdilər. Mən də 1992-ci ildən həmin məscidə getməyə başladım, namazı öyrəndim. O vaxta kimi içki içirdim, siqaret çəkirdim. İçkini də, siqareti də atdım, keçdim namaza, Allaha ibadət etməyə.

ziya bünyadov ile ilgili görsel sonucu

 Söhbətin bu yerində stolun üzərindəki siqaret blokunu ona tərəf uzadıram. Deyir ki, siqaret çəkmir. Yanındakı dustaq yoldaşlarına verməsini istəyirəm. “Özümə rəva bilmədiyimi, başqasına da rəva bilmərəm”, deyir. Namaz qılıb-qılmaması ilə maraqlanıram. Təsdiq cavabından sonra söhbət müqəddəs kitablardan, dinlərdən düşür. Öyrənirəm ki, həbsə düşəndən sonra Ziya Bünyadovun kimliyi ilə daha dərindən maraqlanıb, onun tərcümə etdiyi Quran kitabını da oxuyub. Bu gün də kamerasında həmin kitabın olduğunu deyir. Söhbətimizi Ziya Bünyadovun qətlinə qədər yaşayışı, dolanışığı barədə fikirləri ilə davam etdirir:

– Adi həyat yaşayırdım. Maşın, pul, para yox idi. Onlar sonralar ticarətə girişəndən sonra oldu. 1992-ci ildə namaza başlayandan sonra elə İçərişəhərdəki “Məhəmməd” məscidində Cavanşirlə tanış oldum. Məscidə xeyli cavan uşaqlar gəlirdi. O dövrlə İslam dininə gələnlər, namaza başlayanlar həddən artıq çox idi. Çox vaxt məsciddə namaz qılmağa yer olmurdu. İndi həmin məscid qoruqdur. Həbsdə televizorda baxanda görmüşəm. Ora gələn cavan uşaqların bir hissəsi o dövrdə ayrılıb bir az yuxarıdakı “Cümə” məscidinə getdilər. Həmin vaxt o məscid də uzun illər idi ki, bağlı idi. Məscidi açdılar. Azər adında biri vardı, onunla gedən uşaqlar açmışdılar. Azərin xəbərini bir də bura düşəndən sonra aldım. Qəzetlərdə oxudum ki, o da nəsə bir iş görüb, Gürcüstana qaçıb. Biz “Məhəmməd” məscidinə yığışdığımız günlərdə Tariyel özünü məsciddə lider sayırdı. Hamı onun ətrafına toplaşırdı. Bizlər onun sözünü əmr bilirdik.

– Həmin günlərdə Qarabağda döyüşlər gedirdi, sizin də yaşınız döyüşlərə qatılmaq üçün kifayət idi. Döyüşlərə qatılmışdız?

– Hə. 1992-ci ilin yayı idi. Tariyel məni çağırdı, dedi ki, OMON-çular İrana təlim keçməyə gedirlər. Bəs mən danışmışam, sən də, Cavanşir də gedin İranda təlim keçin. Mən ilkin olaraq razılıq verdim.  O vaxt böyük qardaşım Papravənddə döyüşürdü. Artilleriya batareyasının komandiri idi. Onun yanından əsgər gəlmişdi. Həmin əsgərə qoşulub qardaşımın yanına getdim. Həmin günlərdə Ağdərə alınmışdı. Döyüşdən qabaq qardaşım mənə dedi ki, sən evə qayıt, döyüşdə ölsək, birimiz ölək. Dedi burada qırğın gedəcək, qayıt evə. Etiraz eləsəm də, məni geri qaytardı. Mən Bakıya gələndə Cavanşir artıq İranda idi. Bir neçə ay sonra qayıdıb gəldi.  Dedi ki, İranda Azərbaycanın bölgələrindən çox uşaq vardı, Qarabağda döyüşməyə görə orada təlim keçirdilər. Onun danışıqları məndə maraq yaratmışdı…


1997-сi ildə Ziya Bünyadovun əvəzinə hansı siyasi lider öldürüləcəkmiş?

Pənah Hüseyn: “Ad çəkilməməsi çox şey deyir”; Əli Orucov: “Əgər belə bir plan olubsa, ən populyar və ən nüfuzlu liderin seçilməsi işlərinə yarayardı”

“Yeni Müsavat”ın son saylarında dərc olunan akademik Ziya Bünyadovu qətlə yetirən və ömürlük həbs cəzası alan Nizami Nağıyevin silsilə müsahibələri oxucular tərəfindən maraqla və heyrətlə qarşılanıb. Həmin müsahibələrdən birində isə qatil iddia edib ki, onların – İrandan “Hizbullah” adına gələn Nəsrullah və qeyrilərinin Z.Bünyadovdan əvvəl bir müxalifət liderini öldürmək planları da olub, lakin bundan vaz keçiblər. 

Sitat: “Sonradan Tariyeldən eşitmişdim ki, əvvəlcə bir müxalifət liderini də aradan götürmək planı olub. Amma düşünüblər ki, bunu eləsək, küçəyə heç kim çıxmayacaq. Sonradan baxıblar ki, Ziya Bünyadovun cəmiyyətdə nüfuzu daha çoxdur. Çirkin məqsəd onların idi, bizim saf niyyətimizdən istifadə etdilər.”

Bu iddia 1997-ci ilin bu günlərində hansı müxalifət liderinin ictimai rəydə daha öndə olması ilə bağlı sualları ortaya çıxarır. Məlumdur ki, həmin vaxt ölkə müxalifətinin əsas lideri mərhum prezident Əbülfəz Elçibəy idi ki, o da doğulduğu Kələki kəndindən kənara çıxa bilmirdi. Üstəlik, Bakıya girişi də qeyri -rəsmi olaraq, yasaqlanmışdı. Eyni zamanda, həmin il 1998-ci il seçkilərinə az müddət qalırdı və müxalifət hələ seçkiləri boykot etməmişdi. Amma bununla belə, ən güclü illərini yaşayan demokratik düşərgənin Müsavatın başqanı olan İsa Qəmbər, AMİP lideri Etibar Məmmədov kimi nüfuzlu liderləri var idi. Yəni istənilən halda bütün diqqətlər bu iki şəxsin üzərinə yönəlir. Xarici güclər ölkəni qarışdırmaq üçün onlardan hansını hədəf seçə bilərdi?

Картинки по запросу Pənah Hüseyn

Həmin vaxtlar müxalifətin əsas simalarından olan AXP sədri, sabiq baş nazir Pənah Hüseyn Ziya Bünyadovun qatilinin iddiaları ilə bağlı musavat.com -a bunları dedi: “O, həbsdə olan şəxsdir, iddialarına bir şəxsin fikirləri kimi baxmaq lazımdır. Əslində “müxalifət lideri”, deyərkən ad çəkməməsi çox şeyi deyir. 1997-ci ildə xalqı küçələrə çıxarmaqla bağlı dediklərini isə anlaya bilmədim. Sifarişçilərin xalqı nə üçün küçələrə çıxarmaq istəmələri barədə də dolğun fikirlər yoxdur. 90-cı illərdə məlumdur ki, çox ciddi siyasi proseslər baş vermişdi. 1993-cü ildən sonra tamamilə yeni bir situasiya yaranmışdı. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri baş vermişdi. Bunlar çox ciddi siyasi proseslər idi. Ən müxtəlif cəbhələrdən müxtəlif qüvvələr proseslərə əhəmiyyətli təsir imkanlarına malik idilər. Müxalifətin birlik modeli kimi Demokratik Konqres var idi. O zaman da əsas siyasi qüvvə Demokratik Konqres idi. 1997-98-ci illərdə ölkədə ən ciddi siyasi proseslər gedirdi. Prezident seçkiləri ilə bağlı on minlərlə, bəzən daha çox insanın iştirakı ilə aksiyalar olurdu. Bu baxımdan, açığı, bu şəxsin dedikləri mənə inandırıcı görünmür. Çünki xalqı küçələrə çıxarmağa ehtiyac yox idi, aksiyalara onsuz da insanlar çıxırdı, yaxud çıxası idilər. Onu da qeyd edim ki, o zamanlar insanları aksiyalara çıxarmaq üçün tamam fərqli qüvvələrin təsir imkanları daha geniş idi. O dövrdə SİDSUH da formalaşmışdı, yəni əsas siyasi qüvvələr bir arada idilər. Bu baxımdan, məhz insanları küçələrə çıxarmaq üçün belə bir qətlin törədildiyi fikirləri inandırıcı görünmür. Çünki qətldən öncə və sonralar yüz minlərlə insanın iştirakı ilə o dövrün müxalifəti mitinqlər keçirib. Sizin qəzet başda olmaqla, o dövrün KİV-lərində bu barədə kifayət qədər məlumatlar var. Hətta deyərdim ki, ən geniş məlumatları məhz ”Yeni Müsavat” verib. Bir faktı da deyim, baxmayaraq ki, 1998-ci il seçkilərini müxalifətin əsas aparıcı qüvvələri boykot etmişdi, seçkilərə qatılan Etibar Məmmədov ciddi nəticələr qazanmağa nail olmuşdu… İndi kimsə həbsxanadan nəsə deyə bikər, bu, başqa məsələdir”…

AMİP katibi Əli Orucov ile ilgili görsel sonucu

AMİP katibi Əli Orucov o dövrdə E.Məmmədovun təhlükəsizliyinin ciddi qorunduğunu söylədi: “Üzərindən illər keçəndən sonra mərhum akademik Ziya Bünyadovun qətli barədə yeni versiyaların və iddiaların ortaya çıxması maraq doğurur. Mənə görə, bu qətllə bağlı hələlik sirr pərdəsi götürülməyib. 

Deyilənləri hüquq-mühafizə orqanları yenidən araşdırmalı, əsl həqiqətin üzə çıxarılmasına çalışmalıdır. Bu qətldən sui-istifadə edənlər, hakimiyyətdaxili qruplaşmaların bir-birini sıradan çıxarmaq cəhdlərinin də istintaqın və məhkəmənin gedişində olması müşahidə edildi. Onun öldürülməsini ”Hizbullah”a da bağladılar. Mən bilmirəm təzədən söylənilənlər nə qədər həqiqidir. Amma ağılabatan odur ki, bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmağa və qarşıdurma yaratmağa çalışırdı. Bunun üçün hər cür təxribatlar masada olub. Amma Etibar Məmmədovun təhlükəsizliyi həmin dönəmlərdə çox ciddi qorunurdu. Ehtimal etmirəm ki, belə bir qəsd planı baş tuta biləydi. Digər tərəfdən, prezidentliyə iddiaçılar arasında Əbülfəz Elçibəy, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Lalə-Şövkət də var idi. Hədəf bu liderlərin hər biri ola bilərdi (İlyas İsmayılov, Rəsul Quliyev də iddialılar arasında idi). O dövr çox qarmaqarışıq və gərgin dövr idi. Amma Ziya Bünyadov kimi görkəmli bir ziyalının, alimin, sözünü qorxmadan deyə bilən, cəsarətli bir insanın qətli çox ağır itki idi. Hər biri hədəf ola bilərdi. Çünki bu minvalla məqsəd ölkədə qarışıqlıq yaratmaq, dövlətə inamı sarsıtmaq və beynəlxalq imici zədələmək, beləliklə də basqıları artırmaq ola bilərdi. Həmin dövrlər Azərbaycana həm Rusiyanın, həm İranın, həm də Qərbin davamlı və ciddi təzyiqləri vardı. Bu gün uğurla irəliləyən beynəlxalq iri kommunikasiya xətlərinin və iri layihələrin həyata keçməsinə mane olmağa çalışılırdı. Xüsusən də Moskva və Tehran bu işdə çox fəal idi. Əgər belə bir plan olubsa, ən populyar və ən nüfuzlu liderin seçilməsi işlərinə yarayardı. Bu, mərhum prezident Əbülfəz Elçibəyin özü də ola bilərdi. Nəzərə almaq lazımdır ki, Elçibəy 1997-ci ilin oktyabrında Bakıya qayıdıb. Ziya Bünyadov da həmin ilin fevralında qətlə yetirilib. Bu baxımdan ilk ağıla gələn hədəf, məncə, Ə.Elçibəy ola bilərdi. Bütün maraqlı tərəflərə Elçibəyin ortadan götürülməsi sərf edərdi”.



Ziya Bünyadovun qatili onun ailəsindən üzr istədi

Ömürlük məhkum Nizami Nağıyev: “Tahirə xanımın yolu ilə getsinlər, bizi bağışlasınlar…”

1997-ci il fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib. “Yeni Müsavat”ın müxbiri akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə alıb.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

***

Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz…

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır…

Bu, odur – ömürlük məhbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən “Yeni Müsavat”ın müxbirinə hər şeyi anladır…

“Onu vurub öldürdük, ailəsini başsız qoyduq”

ziya 1.jpg (321 KB)

Nizami Nağıyev atası Adil Nağıyevlə

– Atam məhkəməyə gələndə baxdım ki, özündə deyil. Düşündüm ki, hər şeyi olduğu kimi danışsam, infarkt keçirəcək, ya da insult olacaq. Onsuz da bir insanın ailəsini bədbəxt eləmişik, bu da belə olsun istəmədim.

“Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da həyatını məhv etdilər”

– Kimi bədbəxt etdiyinizi nəzərdə tutursuz?

– Ziya Bünyadovun ailəsini. Onu vurub öldürdük, ailəsini başsız qoyduq. Atam mənə yaxınlaşanda, dedi ki, bu işi eləmisənsə, düzünü de. Üzünə baxdım, özündə deyildi,  düzünü demədim. Dedim xəbərim yoxdur, kriminalist Rövşən Əliyev bu işi boynuma qoyub, bu iş mənlik deyil. Bir az da ailəm üçün qorxdum. Düşündüm ki, o tərəf ailəmə xətər yetirə bilər.

– Kimi nəzərdə tutursuz?

– Kimlərlə birgə idim onları.

“Atam da günahsız olduğumu düşünüb qəzetlərə şikayətə gedirdi”

-Onlar sizə nə edə bilərdilər ki?

– Gəldilər, Bakının ortasında belə bir iş gördülər, sakitcə çıxıb getdilər. Bundan da real güc olar? Mən nə bilim ki, onlarla kimlər var? Bunu bilə bilməzdim axı.

– Yəni sizə bir işarə verən olurdu ki, sizin dəstədən də başqa adamlar var?

– Bunu ancaq Tariyel bilə bilərdi. O da bizə bir söz demirdi. Biz “pexota” idik, deyirdilər get qabağa, biz də gedirdik.

– Həbs ediləndən sonra istifadə etdiyiniz bıçağı, silahı götürdülər?

-Yox, Cavanşirgil paltarları yandırmışdılar, bıçağı, silahı yoxa çıxarmışdılar. Maşınların  təkərlərini də söküb yandırmışdılar ki, izinə düşüb maşınları tapan olmasın.

– Məhkəmədə də olanları danırdız, etiraf etmirdiz?

– Hə, atam məhkəmədə də üstümə düşdü, ona həqiqəti deyə bilməzdim. Necə deyim ki, sənin oğlun belə bir işin altına girib? Atam icra başçısı idi. Mənə görə onu, qardaşlarımı işdən çıxarmışdılar. Bu gün də işsizdirlər. Atam da günahsız olduğumu düşünüb qəzetlərə şikayətlərə gedirdi.

ziya 2.jpg (212 KB)

 Nizami Nağıyev

– Necə oldu ki, həqiqəti atanıza dediz?

– Gördüm ki, ora-bura şikayətə çox gedir. O vaxtlar yanıma gəlmirdi. Çağırdım, nə var hamısını ona dedim. 2009-cu ilin sonu idi. Dedim ki, onu-bunu günahlandırmayın, haqq-hesab belə olub. Hamı bunu hökumətin üstünə atırdı. Qəzetlərə də bu məlumatlar çıxırdı.

“Nəsrullah, İran gəlib deyər ki, bunu biz etmişik?

– Ötən 18 ildə düşünüb-daşınmağa kifayət qədər varxtınız olub. Sizcə, Ziya Bünyadovun qətli ilə Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabını dilimizə tərcümə etməsi arasında bir əlaqə olub? 

– Mən bunu bilə bilməzdim. Biz icraçılar idik. Aldadılmış icraçılar. İnanmıram ki, dəstədə kimsə də bunu bilirdi.

-Yeni tutulanda üzvü olduğunuz təşkilatın sizi həbsdən qurtara biləcəyinə ümidiniz vardı?

– Tariyelə inanırdım. Amma kim gəlib deyərdi ki, bunu biz etmişik? Nəsrullah, İran gəlib deyər ki, bunu biz etmişik? Tutuldun, deməli məhv olub getdin.

– Namaz qılırsız?

– Namaz qılıram, oruc tuturam.

– Uşaqlarınız necə, ibadət əhlidirlər?

– Uşaqlarım namaz qılırlar. Amma onlara məscidə getməyi qadağan etmişəm.

– Niyə?

– Mənim başıma bu müsibətlər məsciddən gəldi də. Mən ora gedib girməsəydim, bu işlərə də qoşulmazdım. Böyük oğlum namaz qılır, kiçiyi idmançıdır.

“Özümə sual verirəm – kimə görə, nəyə görə sən burdasan?”

– Təsərrüfatınız qalır?

– Atam bir inək alıb-verib. Ötən 18 ildə yanıma gəlib getmək üçün parnikimin bütün turbalarını söküb satıblar. Həyət-bacada toyuq-cücə var, birtəhər dolanırlar. Mən də burda. Bir əlimdir, bir də başım. Gözümü açıram, pəncərədən çölə baxıram. Özümə sual verirəm – kimə görə, nəyə görə sən burdasan? İçim yanır. Özümü, Tariyeli, Nəsrullahı söyməkdən başqa əlimdən heç nə gəlmir.  Nə qədər özümü söyüm, nə edim. Nə edim? Baxırsan ki, generallar da səhv edir. Burada kimlər olmayıb ki? 1992-ci ildə kor-koranə gedib bunların əlinə düşdük. Hərdən baxıram, cavan-cavan uşaqlar gedib İŞİD-ə qoşulur. Bədbəxtdirlər. Dünyanın ən bədbəxt adamlarıdırlar. Ailələrini də yığıb özləri ilə aparırlar. O vaxt bizlərin interneti yox idi.  Sosial şəbəkələr yox idi. Dünyadan bixəbər idik. İndi isə belə deyil axı. Bağdadi ilə bağlı məlumatları eşidirik. Bu adam Amerika həbsxanasında olub. Necə olub azad edilib? Necə olub gedib Afrikaya çıxıb? Bu haradan mömin oldu? Hamısı xüsusi xidmət orqanlarının işidir. Bağdadi bir gün onlara lazım olmayacaq və aradan götürəcəklər.

“Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da həyatını məhv etdilər”

– Yəni indi gedişatı saf-çürük eləmək üçün imkanlar var?

-Əlbəttə var. Hər şey göz qabağındadır. O dövr belə deyildi. Mən haradan hara gəlib çıxdım? Ailəmi, atamı, qardaşlarımı haradan hara gətirib çıxardım? Qoşulmasaydım, ailəm harada idi, indi haradadır? İmkansızlıqdan bu gün görüşlərin çoxuna çıxa bilmirəm. Uşaqlara da deyirəm ki, məni düşünməyin, mənim də qismətim belə oldu. Mən nəyi qaytara bilərəm ki? Nəyi dəyişə bilərəm? Gərək elə iş görəsən ki, sonra kaş ki, belə etməzdim deməyəsən. Mahir də 2 uşaqla elə bədbəxt oldu. Narxozu qırmızı diplomla qurtarmışdı. Yaşlı anası var. Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da həyatını məhv etdilər.

– Tariyellə Cavanşiri nəzərdə tutursuz?

-Bəs kimi deyirəm? 18 ildir ki, yoxdurlar. Ailələrini də götürüb gediblər o tərəfə. Atam da deyir ki, onları da tutun. Deyirlər ki, İran tərəfi deyir ki, bizim ərazidə yoxdurlar.

-İrana keçmələri təsdiqlənib?

– O vaxt qəzetlər yazmışdılar ki, qeyri-qanuni İrana keçiblər.

“Ziya Bünyadovun ailəsindən, yaxınlarından üzr istəyirəm”

– İmkanınız olsaydı, nələri dəyişərdiz?

“Böyüyünün 31 yaşı var artıq. Mən tutulanda 12 yaşı vardı. Balaca 6 yaşında idi. İndi 24 yaşı var. Deyirəm evlən, deyir ki, sən çıxmasan evlənən deyiləm”

İlgili resim

– Ziya Bünyadovun ailəsindən, yaxınlarından üzr istəyirəm. Allah içi mən qarışıq baiskarın evini yıxın. Allah Tahirə xanıma rəhmət eləsin. O, ölümündə əvvəl mənim günahlarımı bağışlamışdı, prezidentə də məktub yazmışdı. Ziya Bünyadovun yaxınlarından xahiş edirəm, imkanları varsa, Tahirə xanımın yolu ilə getsinlər, bizi bağışlasınlar. Bilirəm ki, böyük bir günah etmişəm. Bizi aldatdılar. Onu Aydın kimi təqdim etdilər, barəsində bizə çox yalanlar dedilər. Biz cavan, təcrübəsiz olduq. Siyasi, dini, hüququ savadımız da olmadı ki,  vəziyyətdən çıxa bilək. Sovet hökuməti yeni dağılmışdı. Çox adam vəziyyətdən baş çıxara bilmirdi. Heydər Əliyev Azərbaycana qayıdanda bir çox ziyalılar belə ona yuxarıdan aşağı baxırdılar, anlamırdılar ki, nə baş verir. 1990-cı ildə o rəhbər olsaydı, Azərbaycanın vəziyyəti bir başqa olardı. OMON-çular, əlikramçılar, sadvalçılar, avarlar, Hizbullahçılar, Ceyşullahçılar, İŞİD-çilər, bozqurdlar… Daha kimlər yoxdur burada? Kim ala biləcəkdi bunların qabağını? Ətrafımızda salamat müsəlman ölkəsi var? Yoxdur. Hamısı darmadağındır. Hamısında aləm bir-birinə qarışıb. Azərbaycanda isə sabitlikdir.

“Uşaqdır, bilmir, ağlı kəsmir ki, dustağam”

-Azadlıq haqda fikirləşirsiz?

– Ümid edirəm, fikirləşmirəm. 3 nəvəm var. 25 illik hədd qoyublar. Ümid edirəm. Ürəyim xəstədir, bəlkə sağ qaldım. Bəlkə ömürlük üstümdən  götürülər. Bir istəyim var – azadlıq. Balalarımın əllərindən öpmək istəyirəm azadlıqda. 3 nəvəm var. Böyük nəvəmin adı Əlidir, kiçiyinin adı Cəfərdir. Birinin da adı Məryəmdir. Böyük nəvəm gəlir, deyir ki, baba, əsgərlərlə işləyirsən burda? Uşaqdır, bilmir, ağlı kəsmir ki, dustağam. Bilmir.

 

(“Yeni Müsavat”ın müxbiri Elşən Məmmədəliyev Nizami Nağıyevin saxlanıldığı Qobustan Qapalı Həbsxanasında) 

-Uşaqlarınıza nəyə görə həbs edildiyinizi deyiblər?

-Bilirlər. Böyüyünün 31 yaşı var artıq. Mən tutulanda 12 yaşı vardı. Balaca 6 yaşında idi. İndi 24 yaşı var. Deyirəm evlən, deyir ki, sən çıxmasan evlənən deyiləm. Nə cür evlənim deyir.

– Azad edilsəz, nə işlə məşğul olacaqsız?

– 54 yaşım var, ürək xəstəsiyəm. Nə işlə məşğul ola bilərəm? Yəqin gedib yenə də torpaqda işləyib, mal-qara saxlayacağam. Başqa nə edə bilərəm?

-Cəzanızın müddətli cəza ilə əvəzlənməsi üçün müraciət edirsiz?

-Mən də yazıram, atam da yazır. 3 dəfə ərizə yazmışam. Alıb aparıblar. Ümid edirəm. Vəssalam. 

“Mahir də mənim kimi gəlib məscidə namaz qılmağa, düşüb böyük bir zibilin içinə, ömrü çürüyür gedir”

-Mahirlə münasibətiniz var?

-Bir kamerada qalırıq.

-O nə fikirləşir, nə deyir?

– Ağlayır. O tutulanda uşağının 3 yaşı vardı. Anası qocalıb. Qabağında ata yox, qardaşı xəstə. Bir qaynatası var, o gəlib-gedir dalınca. “Narxoz”u qırmızı diplomla qurtarıb, gəlib oturub burada. Onun atası “Narxoz”un müəllimi olub, 90-cı ildə rəhmətə gedib. Mahir də mənim kimi gəlib məscidə namaz qılmağa, düşüb böyük bir zibilin içinə, ömrü çürüyür gedir. 22 yaşında düşüb bu oyunun içinə. 18 ildir ki, o söyür, mən söyürəm. O başına vurur, mən vururam, başqa nə edək?

“Özümə bəraət qazandırmıram. İstəyirəm 90-cı illər nəzərə alınsın”

– Mahir tutulanda nə işlə məşğul olurdu?

-Taksi sürürdü. Tariyel hamilə yoldaşını bunların ümidinə qoyub aradan çıxıb. O da baxırmış. Mahiri də evində tutmuşdular. Mahir biz birinci dəfə ora gedəndə yox idi. İkinci dəfə gedəndə elə bil ki, əcəl onu dartıb gətirmişdi. Yəni onu özümüzlə aparmaq planı yox idi. Özü durub gəlmişdi. Soruşduq, dedi ki, gəldim görüm nə edirsiz. Tariyel də dedi ki, gəlmisən, get sən də, maşında oturarsan, motoru söndürməzsən. Hava soyuq idi, dedilər ki, motoru söndürərsiz, birdən sonra işə düşməz. Həmin gün qar yağmışdı. Onun da ailəsi belə bədbəxt oldu. 2 uşağı var, hər ikisi universitetdə oxuyurlar.  Çətindir. 18 il yollarda qalmaq asan deyil. Ailələrimiz gəlib-gedə bilmirlər. Yoldaşım ürəyindən əməliyyat olunub.  Ona görə gələ bilmir. Oğlanlarım gəlir. 54 yaşında belə bir durumdayam. Tək ümidim göydə Allaha, yerdə prezidentimizədir. Onun ədalətinə sığınıram. Bilirəm ki, bu işi etməməli idik. Özümə bəraət qazandırmıram. İstəyirəm 90-cı illər nəzərə alınsın. O boyda ziyalılar səhv edirdilər. Milli təhlükəsizlik naziri Nəriman İmranov mənimlə qonşu kamerada yatıb. Surət Hüseynov burada idi. Müzamil Abdullayev, Natiq Əfəndiyev, Zakir Nəsirov, Kamil Sədrəddinov, KQB-nin bir zabiti var, bir müstəntiq var…  Buradan xeyli adam keçib. Biz bədbəxtlər birdən-birə düşdük din adından alver edənlərin təsiri altına, başımızı yedilər. Bir daha təkrar edirəm, tək ümidim göydə Allaha, yerdə prezidentimizədir. Onun ədalətinə inanıram.

musavat.com

 

araz.az xəbər portalı.