Gəncə şəhər İcra Hakimiyyətinin keçmiş vəzifəli şəxsi Məharət Mustafayevin hansı maddələrlə ittiham olunduğu məlum olub.
“Qafqazinfo” Elektron məhkəmə portalına istinadən xəbər verir ki, M.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı Binəqədi rayon məhkəməsinə daxil olub. Təqdimata hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.
Məharət Mustafayev və onunla birgə saxlanılan Əli Rüstəmli Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma; ağır nəticələrə səbəb olduqda), 178.3.2-ci (külli miqdarda dələduzluq), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 312.2-ci (qanunsuz hərəkətlər etməyə görə rüşvət vermə), 314.2-ci (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə təqsirləndirilirlər.
araz.az
araz.az xəbər portalı.