belarusya 1Belarusun paytaxtı Minskdə Müstəqillik meydanında müxalifət tərəfdarları aksiya keçirir.

Turkustan.info xəbər verir ki, aksiyada 300-dək insanın iştirak etdiyi bildirilir. Etirazçılar “açıq mikrofon” təşkil edərək, şüarlar səsləndiriblər. Ərazidə keşik çəkən polislər artıq bir neçə nəfəri saxlayıb.

“TASS”ın məlumatına görə, artıq Belarusun digər şəhərlərində də aksiyalar başlayıb.

Xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər. 

{loadmoduleid 230}

araz.az

araz.az xəbər portalı.