1546188915 yencag az 2017 07 24 13 53 52 768x403Siyavuş Novruzov YAP-ın İcra katibinin müavini vəzifəsindən istefa verdi. Qeyd edək Siyavuş Novruzov karantin qaydalarını pozaraq xanımı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə birlikdə Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyevin qızının Novxanıdakı bağ evində təşkil edilmiş toyunda iştirak edib. Siyavuş Novruzov və onun xanımı Səbinə Əliyeva hər ikisi 400 manat məbləğində cərimə olunub. Siyavuş Novruzov dünən “Facebook”dakı rəsmi səhifəsində Ramiz Mehdiyevin onu aldatması ilə bağlı fikirlər səsləndirib.

Siyavuş Novrizovun istefası ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən deputat Sabir Rüstəmxanlı bildirib ki, bir saat olar xəbər tutdum ki, Siyavuş Novruzov İcra katibinin müavini vəzifəsindən istefa verib: “O, YAP-ın rəhbər vəzifəsində təmsil olunurdu. Mənə elə gəlir ki, Siyavuş Novruzovun bu addımı düzgündür. Məlum toy məsələsi bilirsiniz ki, son bir neçə gündə çox müzakirə olundu. Siyavuş Novruzov istefa verməsəydi, başqa problemlər də çıxacaqdı.

Sabah kimdənsə qanunlara riayət etməsini tələb edilən zaman bu məsələ yenə ortaya atılacaqdı. Ona görə də Siyavuş Novruzov çox ciddi və nümunəvi addım atdı. Həyatda səhvlər də, yalnışlıqlar da, diqqətsizliklər də, təsadüflər də ola bilir. Belə hallarda hər kəs tutduğu vəzifəyə, təmsil elədiyi partiyaya, xalqa, dövlətə, qanunlara hörmət etməlidir. Məncə, Siyavuş Novruzov istefa verməklə doğru addım atdı. Bir çox vəzifədə olub böyük yalnışlıqlar edən insanlara nümunə oldu. Elə insanlar var ki, yüksək vəzifədədədir. Böyük yalnışlıqlara yol versələrdə, problemləri ilə müzakirə obyektinə çevrilsələr də, yenə də həmin vəzifədə otururlar. Düşünürəm ki, Siyavuş Novruzov təmsil etdiyi partiyaya uyğun düzgün addım atdı”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

araz.az xəbər portalı.