Bir qrup Zərdab rayon sakinləri tərəfindən Sozcu.az saytına şikayət daxil olub.
Həmin şikayət ərizəsiniz olduğu kimi təqdim edirik:
ŞİKAYƏT
Mərdan Camalzadə Zərdab rayonuna icra başçısı təyin ediləndən indiyə qədər heç bir vətəndaşın problemin həl etməyib. Zərdabda iki küçəni asfaltlayıb özünü təriflətdirməklə işini bitmiş hesab edir. Ancaq gəlib Zərdabın başqa küçələrinə baxan olsa, Mərdan Camalzadənin yalanları üzə çıxacaq. İki mərkəzi küçə asfaltlanıb, qalan küçələrin yolları, səkiləri dağılıb, küçələr zibillik içindədir. Biz bu barədə Mərdan Camalzadənin qəbulunda olub dəfələrlə desək də, əhəmiyyət verməyib.
Zərdab “Komxoz” İdarəsində 200 nəfərə yaxın işçi var, ancaq küçələr vaxtlı-vaxtında zibildən təmizlənmir, ağaclar baxımsızlıqdan quruyur.
Mərdan Camalzadə vətəndaşları virtual qəbul edib, onlarla kobud rəftar edir deyə, ikinci dəfə onun qəbuluna düşmək istəyən yoxdur.
Mərdan Camalzadə təyin olunduğu ilk vaxtlarda icra hakimiyyətində komissiya yaratdı ki, kəndlərdə vəzifəli və imkanlı şəxslər tərəfindən zəbt edilmiş örüş torpaqlarını boşaltdırıb camaatın istifadəsinə verəcək. Ancaq həmin komissiya indiyə qədər heç bir iş görə bilmədi. Çünki kəndlərdə örüş torpaqlarını zəbt etmiş vəzifəli və imkanlı şəxslər Mərdan Camalzadəni pulla razı sala bildilər deyə komissiya öz işini dayandırmalı oldu.Sən demə, bu komisiya Mərdan Camalova pul qazandırmaq üçün yaradılıbmış. Zərdab rayonunda minlərlə hektar örüş sahələri qanunsuz olaraq zəbt edilərək əkilmişdir.
Biz zərdablıların bir ümüd yerimiz prezident cənab İlham Əliyevdir.
Hörmətli Prezident!
15 il Şirvan şəhərini viran qoymuş Mərdan Camalzadə öz marağının dalınca qaçıb vətəndaşların problemlərini həll etmək istəmir, əksinə qanunsuz fəaliyyəti ilə vətəndaşlara ciddi problemlər yaradır.Sizdən xahiş edirik bizə kömək edin, Zərdab rayonu zibilik içində itib-batır, iki küçədən başqa digər küçələrin yolları-səkiləri dağlıb, kəndlərdə örüş sahələri vəzifəli və imkanlı şəxslər tərəfindən zəbt edilib. Xahiş edirik Zərdabın problemlərinin həll edilməsi üçün tapşırıqlar verəsiniz.
İmza; Zərdab rayon sakinləri
Əliyev Mürvət Həbib oğlu
Məmmədov Sahib Əlisurət oğlu
Cavadov Niyazi Mövsüm oğlu
Kamilova Dursun Nuru qızı
Həsənova Ceyran Davud qızı
Nəbiyev Səməd Mehdi oğlu
Teymurov Faiq Nüsrət oğlu
Umudova Fatma Tahir qızı
Soltanova Esmira Əli qızı
Orucov Qasım Nazim oğlu
Qarayev Bəhlul Baba oğlu
Yusifli Rəşad Zeynal oğlu
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
araz.az xəbər portalı.