afganAiheR7zDövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevə yeni müavin təyin edilib.

“MediaPost”un əldə etdiyi məlumata görə, general-mayor Firuz Böyükağa oğlu Şirin-zadə Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini – Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, 17.08.2020-ci il tarixində Prezident İlham Əliyev general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə “general-leytenant” hərbi rütbəsi vermişdi. O bundan əvvəl DSX-nın Baş İdarə rəisi vəzifəsində çalışıb. 

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilən və sonradan ev dustağlığına buraxılan general-leytenant Əfqan Nağıyev Dövlət Sərhəd Xidməti rəisinin (2020-ci ilin fevral ayından may ayının 13-dək) beynəlxalq əlaqələr üzrə müavini – Beynəlxalq Əlaqələr İdarəsinin rəisi olub. 

Belə ki, sabiq general 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində çalışdığı dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə həbs edilmişdi.

Demokrat.az

araz.az xəbər portalı.