azer qasimli 696x435Azər Qasımlı

İstənilən ölkədə qəbul edilən istənilən qanun və ya hər hansı qaydalarda edilən dəyişiklik hər zaman müəyyən sosial qrupun maraqlarına cavab verir. İki həftə əvvəl İlham Əliyev çıxışında qeyd etdi ki, iqtisadiyyatda liberal islahatlara ehtiyac var. Sonra elə liberal iqtisadi anlayışa tam zidd addım atıldı – dövlət büdcəsi hesabına 100 taksi maşını alındı və taksi şirkəti yaradıldı. İndi də daha bir məhdudlaşdırıcı qərar verilir:

Xaricdən şəxsi istifadə üçün gömrük ödənişi olmadan gətirilən malların gömrük dəyəri 1500 dollardan 800 dollara endirilib, poçt və daşıyıcı şirkətlə gətirilən malların dəyəri isə 1000 dollardan 300 dollara endirilib.

Bu dəyişiklik təbii ki, fiziki şəxslərin, yəni adi istehlakçıların maraqlarına tam ziddir. Bu dəyişikliyi etməklə şəxsi istifadə üçün hər hansı malı xaricdən deyil, Azərbaycanda alın deyirlər. Digər tərəfdən xırda sahibkarlıqla məşğul olanların da fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılacaq. Amazondan və ya Aliexpressdən sifarişlərin sayı və miqdarı ciddi şəkildə azalacaq.

Bu dəyişiklik açıq şəkildə ölkədə fəaliyyət göstərən iri şirkətlərin maraqlarına uyğun edilib. İri şirkətlərin böyük əksəriyyəti də öz sahələrində inhisarçılardı. Bu inhisarçılar da istehsalçı deyillər ki, dövlət daxili bazarda istehsalatı təşviq etmiş olsun.

5 aydan çoxdur karantin tətbiq etməklə kiçik və orta sahibkarlığa
zərbə endirildi. İndi bu azmış kimi yeni dəyişikliklərlə vəziyyəti bir az da ağırlaşdırırlar. Bir sözlə özləri öz əlləri ilə sosial gərginlik yaradırlar.

 

 

 

araz.az xəbər portalı.