“Bu ölkədə bəlkə də, heç kim Ramiz Mehdiyev haqqında mənim qədər təsirli və onu bir şəxsiyyət kimi darmadağın edən yazı yaza bilməz. Söhbət faktların da yer aldığı bədii bir yazıdan gedir”.
Sozcu.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl deyib.
K.Böyükçöl qeyd edib ki, Ramiz Mehdiyev necə lazımdırsa, tənqidə də gələn adamdır: “Son açıqlamasında təxminən, özü də bunu etiraf edir. Sadəcə, yazmıram. Çünki zamanında ondan it kimi qorxmuşam. Adı gələndə az qala şalvarımı batıram. İndi hamının onu vurduğu bir vaxtda mən də xoruzlana-xoruzlana Ramiz Mehdiyevi tənqid etsəm, özüm özümdən utanaram”.
araz.az xəbər portalı.