2018-02-19-00-23-24neeeee.jpg


 Kahramanmaraşlı 105 yaşlı Zeynəb Bekereci, 200 maşın karvanı ilə Türk Silahlı Qüvvələrinin (TSK) Suriyada başlatdığı “Zeytun budağı” əməliyyatına  dəstək olmaq üçün Kilsə gəldi.

 Maşınlarını  türk bayraqları və zeytun ağacı budaqlarıyla bəzəyən təxminən 350 nəfərlik  qrup, “Ən böyük əsgər bizim əsgər”, “Ya Allah, bismilləh Allahu əkbər” şüarları səsləndirərək Öncüpınar gömrük qapısına gəldi.
 
Qrup adına açıqlama verən  AKP-li Mehmet Ali Şen, Bekerecinin liderliyi ilə  başladılan kampaniyanın  “Zeytun budağı”  əməliyyatına dəstək vermək üçün Kilsə gəldiklərini ifadə edib.
 
Vətənin hər bir qarışının şəhidlərin qanıyla sulandığını və şəhidlərin qanının yerdə qalmayacağını ifadə bildirən  Şen, “Ölkəmizin bir qarış torpağına zaval gəlməsini istəmirik. Xalq olaraq hər vaxt əsgərimizin və vətənimizin yanındayıq. Əsgərlərimiz inşallah Afrindən zəfərlə dönəcək. Bu arada  Zəynəb nənəmizin liderliyində 11 qurbanımızı şəhidlərimizin ruhuna hədiyyə etmək üçün gətirdik.” deyə danışdı.(Milliyət)
 
Zəynəb Bekereci isə gətirdikləri kiçikbaş heyvanları əsgərlərə çatdıra bilmənin sevincini yaşadıqlarını ifadə edərək, “Rəbbim əsgərlərimizi qorusun. Allah ölkəmizə dinclik və xoşbəxtlik versin. Allahım bütün əsgərlərimizə kömək etsin.” dedi.
 Sherg.az

araz.az xəbər portalı.