Azərbaycanda koronavirus pandemiyasına görə bir çox iş yerləri bağlanıb. Bu səbəbdən də, bəzi vətəndaşlar işsiz qalıb.
Bu müddət ərzində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 190 manat birdəfəlik ödəmə həyata keçirildi.
Bəs növbəti aylarda işsiz qalmış vətəndaşlara 190 manat veriləcəkmi? Hazırda bu sual bir çoxunu maraqlandırır.
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Məşğulluq Xidmətilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Əsmər Nəcməddinqızı BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, bu məsələ ilə bağlı hələlik rəsmi qərar yoxdur.
“Buna görə də, konkret olaraq bir fikir bildirə bilmərik. Qərar Nazirlər Kabineti tərəfindən veriləcək”, – deyə Əsmər Nəcməddinqızı bildirib.
Miq.Az
araz.az xəbər portalı.