valyuta manat 02563Bakıda saxta pul hazırlayan şəxslər aşkarlanıb.

Trend bildirir ki, hadisə avqustun 21-də Yasamal rayonu, B. Məcidov küçəsində yerləşən mağazada baş verib. Həmin mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar – 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev tutulub.

Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X, Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

araz.az

araz.az xəbər portalı.