876041Ukrayna Superkubokunun sahibi müəyyənləşib.

araz.az qol.az-a istinadən xəbər verir ki, həlledici matçda Olimpiskiy” stadionunda KiyevDinamo”su və Donetsk “Şaxtyor”u üz-üzə gəlib. Matç “Dinamo”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Şaxtyor” – “Dinamo” – 1:3
Qollar: De Pena, 20 (0:1), Rodriqeş, 31 (0:2), Moraes, 37 (1:2), Fran Sol, 83 (1:3)

Bununla da Kiyev təmsilçisi ardıcıl 3-cü, ümumilikdə isə 9-cu dəfə kubokun sahibi olub. Bu isə bu turnirdə rekord göstəricidir.

Qeyd edək ki, “Dinamo” ötən ayŞaxtyor”da 12 il işləmiş Luçeskunu baş məşqçi təyin edib

araz.az

araz.az xəbər portalı.