korona virusjpg 1584601968Koronavirus pandemiyasının yayılma tempi son həftədə qismən zəifləyib.

araz.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik göstəriciləri yayılma tempinin aşağı düşdüyünü və əsasən bu müsbət tendensiyanın Amerika qitəsində müşahidə olunduğunu göstərib.

Beynəlxalq qurumun ötən həftəyə aid hesabatında bildirilir ki, bir həftə ərzində dünya üzrə 1,7 milyon yeni yoluxma və 39 min ölüm halı qeydə alınıb. Bu isə öncəki həftə ilə müqayisədə yoluxmalarda 5, ölüm hallarında isə 12 faiz azalma deməkdir. Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi regionları istisna olmaqla, dünyanın bütün regionlarında yoluxma hallarında azalma müşahidə olunub.

Hesabatda qeyd edilib ki, dünyada koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr hələ də Amerika qitəsi ölkələridir. Yeni yoluxma hallarının yarısı və ölüm hallarının 62 faizi bu qitədəki ölkələrin payına düşür. 17-23 avqustu əhatə edən həftə ərzində isə bu qitədə də vəziyyətdə müsbət irəliləyiş müşahidə olunub. Öncəki həftə ilə müqayisədə yeni yoluxmalar 11 faiz, ölüm halları isə 17 faiz azalıb.

Sənəddə Cənub-Şərqi Asiya regionunda yoluxma və ölüm hallarının müvafiq olaraq dörd faiz artması əksini tapıb.

Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 23 milyon, ölüm halları isə 800 mindən yuxarıdır.

araz.az

araz.az xəbər portalı.