876185Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəyərləndirməsinə görə, Afrika qitəsi koronavirus pandemiyasının pik həddini artıq arxada qoyub. Qurum bu barədə məlumatı ÜST-nin Afrika regionu üzrə direktoru Matşidiso Moetiyə istinadla yayıb.

AZƏRTAC bildirir ki, regionda gündəlik yoluxma hallarında geriləmənin qeydə alınması artıq pik həddin arxada qaldığını ehtimal etməyə əsas verir. Bununla belə bildirilib ki, regionda Namibiya kimi bəzi ölkələrdə gündəlik yoluxmaların sayı hələ də artmaqdadır. AFP xəbər agentliyinin apardığı statistik araşdırmaya görə, Afrikada ilk yoluxma halının qeydə alındığı 14 fevral tarixindən indiyədək bu qitədə 1,2 milyon nəfər koronavirusa yoluxub, ölənlərin sayı isə 28 min nəfərdən artıqdır. Qitədəki yoluxma hallarının yarıdan çoxu yalnız bir ölkənin – Cənubi Afrika Respublikasının payına düşür. Dünyada koronavirusa yoluxanların sayına görə beşinci yerdə olan bu ölkədə də hazırda yoluxma və ölüm hallarında azalma müşahidə olunmaqdadır.

Afrikadakı vəziyyətin pandemiyanın ilk dalğasından sonrakı müvəqqəti azalma və ya həqiqətən də pandemiyanın səviyyəsinin aşağı düşməsi sual doğurur.

araz.az

araz.az xəbər portalı.