Bakı Şəhər İcra Hakimiyyətinin əsas tenderlərinin qalibi kimi ad çıxararaq “tender kral”ı ləqəbi almış Ramazan Mirzəyevlə bağlı Hokm.az-a ilginc məlumat daxil olub.
Həmin məlumatda vurgulanır ki, illərdir meriyanın milyonluq tenderlərin əlinda saxlamağı bacaran Ramazan Mirzəyev son aylar BŞİH-nin rəhbəri Eldar Əzizovdan ciddi şəkildə narazılıq edir. İddia edilir ki, “tender kral”ını Eldar Əzizovdan narazı salan başlıca amil paytaxt merinin həddindən artıq “acgöz” davranmasıdır. Belə ki, Ramazan Mirzəyev ətrafı ilə söhbətdə Hacıbala Abutalıbovun Eldar Əzizovdan dəfələrlə insaflı olduğunu dilə gətirib. Bunun səbəbi isə merin “tender kralı”na məxsus 10 manatlıq MMC-lərin “qazandığı” tenderlərdən daha çox faiz alması ilə bağlı olduğu deyilir.
Məlumatda bildirilir ki, Eldar Əzizov Ramazan Mirzəyevə məxsus tender qalibi olan şirkətlərdən aldığı “otkat”ı 30 faizdən 40 faizə qaldırıb. Tender işlərində indiyə qədər heç vaxt bu cür “ədalətsizliklə” qarşılaşmadığını dilə gətirən Ramazan Mirzəyevin Eldar Əzizova qarşı narazılığını açıq şəkildə dilə gətirdiyi bildirilir.
Qeyd edək ki, Eldar Əzizov Bakı meri təyin edildikdən sonra onun Ramazan Mirzəyevlə münasibətlərində problem yarandığı, lakin qısa müddətdən sonra “tender kralı” ilə anlaşması barədə mətbuatda xəbərlər yayılmışdı.
Onu da qeyd edək ki, 2018-2019 və 2020-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan əsasən “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,“Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC-lər , “Arch Style” MMC, “İDEAL-EL”, “SOLAMEDICAL” MMC şirkətləri Ramazan Mirzəyevin nəzarətindədir. Bu şirkətlərdən başqa onun daha yüzlərlə belə MMC-ləri var ki, onlar da paytaxt meriyasında və digər qurumlarda tenderlərin qalibi olur.
Bu səbəbdən Ramazan Mirzəyevin səssiz şəkildə biznesini ölkədən çıxarmağa başladığı barədə də xəbərlər yayılmaqdadır. Bu barədə ətraflı növbəti yazımızdan oxuyacaqsınız.
Hokm.az məsələ ilə bağlı adıçəkilən MMC-lərin və R. Mirzəyevin mövqeyinə yer ayırmağa hazırdır.
araz.az xəbər portalı.