Babam Şərif Şikəstə(1870-1937) keşməkeşli həyat yolu kecib.O,ilk təhsilini öz kəndlərində-Qazax rayonun2-ci Şıxlı kəndindəruhanilərdən alibMədrəsədə ərəb-fars dillərni öyrənib. Ö dövrun qabaqcil maarifpərvəri İsa Abakarovun köməyi və özünün maragı sayəsində müasir elmləri öyrənib vədövrünün qabaqcıl ziyalilarindan olub.Cəlil Məmmədquluzadə, Firuddinbəy Köcərli,Səməd Vurgunla dostluq edib.Şairin həm şəxsi,həm də ədəbi taleyi faciyəli kecib. 1930 illərdə musavatci kimi Cibirə göndəriblər və təbiyi ki oradan qayitmayib.
Vəli Xramçaylı
şair
Səməd Vurgun
Şikəstəyə məktub
Başına döndüyüm əziz Şikəstə,
Dinlə məni halı yaman olmuşam.
Qəlbdən yaralı könuldən xəstə,
Nanı zəhər,ruzu fəgan olmuşam.
Catandan bəridir on beş yaşıma,
Çox bəlalar gəlib qanlı başıma,
Baltalar vurulub ömur yaşıma,
Bir esqin yolunda yaman olmuşam.
Kəsilib qanadım uca bilmirəm,
Eşq məhbusuyam qaça bilmirəm,
Hec kəsə dərdimi aça bilmirəm.
Böylə halı çox pərişan olmuşam.
Gərci istər çəkim çoxlu səfa yar,
Mən dilərəm çoxlu sürsün səfa yar,
Qəsd eləyir mənə o bivəfa yar,
Qəsdinin altında talan olmuşam.
O məiək simallım,şahbaz baxışlım,
O dodagı ballım,ceyranyerişlim,
Həm o siyah tellim,turac gülüşlüm
Yandiribdi məni, yanan olmuşam.
Olacaqdır
(Şikəstə Şərifdən Vurgun Səmədə)
Yıgvalından küsmə,ay Vurgun Səməd ,
Çörəyin zəhər yox bal olacaqdi
Eşqinə sevginə məhəl qoymayan,
Durrələr qarşında qul olacaqdi.
Coşqun təbin,gözəl,sabahın vardı,
Bir qizçun hönkürüb aglamaq ardı.
Cümlə Azərbaycan bil , sənə yardı,
Mənə inan agzim fal olacaqdır.
Bizdə şadlanarıq üzün güləndə,
Yaşar haqqı-sayinqədir biləndə,
Yerin o ucundan səsin gələndə,
Bədxahlarin mısıf lal olacaqdır.
Şikəstə agrıdı şikayətindən,
Bir dastan yapardim hekayıtindən,
Xalqın həzz alacaq söz sənətindən,
Sinən bir millətə yol olacaqdi.
1924.
araz.az xəbər portalı.