modern.az f87dc4d8c19c6a9a29545ecfa3911409 836Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür, strateji tərəfdaşlıqdan danışır, sonra da… erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edir və regional vəziyyəti müzakirə edir. Bu nə tələskənlikdir?”.

Modern.az-ın məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Sergey Lavrovun Ceyhun Bayramovla görüşünü şərh edərkən deyib.

Politoloqun fikrincə, görünür, Lavrov bununla mesaj verir ki, Azərbaycanla iqtisadi və regional layihələr çərçivəsindəki “strateji tərəfdaşlıq” öz yerində, ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının əleyhinə addım atılmayacaq:

“Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Bakıya gələrək bizi inandırmağa çalışr ki, Rusiyadan Ermənistana təyyarələrdə daşınan hərbi yük deyilmiş, Rusiya hərbi bazaları üçün nəzərdə tutulan “inşaat texnikasıydı”. Kreml bu nağılı ona görə quraşdırıb ki, rəsmi Bakı bir daha hərbi yük məsələsinə qayıtmasın”.

araz.az xəbər portalı.