876219Almaniyanın “Bohum” klubunun üzvü Barış Ekincier U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində Fransaya qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməyəcək.

 AFFA xəbər verir ki, buna səbəb “Bohum” klubunun 6 üzvündə koronavirus aşkarlanmasıdır.

Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunub.

Qeyd edək ki, Azərbaycan – Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

araz.az

araz.az xəbər portalı.