1519060679_1519054670_1.jpg


 Avropada yaşayan blogger Orduxan Bəbirovun yaxın qohumları ondan imtina ediblər.

Araz.az xəbər verir ki, bu barədə qəzetimizin redaksiyasına gələn bloggerin yaxınları özləri açıqlama verib. Məlum olduğu kimi, hazırda Orduxan Bəbirov Azərbaycanın mövcud hakimiyyətinə qarşı kəskin tənqidi fikirlər, hətta təhqirlərlə dolu olan süjetlər hazırlayır və internet məkanında yayır. O.Bəbirovun Azərbaycanda yaşayan qohumları isə bunun əziyyətini çəkirlər – yerli məmurlar Orduxanla əlaqəli olduğunu iddia edərək, bloggerin yaxınlarına təzyiq göstərirlər.

19 fevralda özlərini Orduxan Bəbirovun doğmalarının, yaxın qohumlarının bir qismi kimi təqdim edən bir qrup “Yeni Müsavat” qəzetinin redaksiyasına gəliblər. Onlar israrla xahiş ediblər ki, qohumları Orduxan Temirxan Bəbirovdan imtina etməkləri və onunla heç bir əlaqələri olmamalarına dair açıqlamalarını yaymaqda kömək edək.

“Yeni Müsavat” qəzeti darda olan bu insanların səslərini hakimiyyət orqanlarına və eləcə də qohumları Orduxan Bəbirova çatdırmaq üçün bu insanların fikir və müraciətlərini lentə alaraq, yayır.

Musavat.com

araz.az xəbər portalı.