“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirib.
qafqazinfo xəbər verir ki, Ağdam klubu II təsnifat mərhələsində Bakıda Moldova çempionu “Şerif”i qəbul edib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası növbəti mərhələyə yüksəlib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 2:1
Qol: Uroş Matiç, 22 (pen), Mahir Emreli, 63 – Kastaneda, 78
Qırmızı vərəqə: Abanq, 37
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
araz.az xəbər portalı.