“BDU-nun sabiq rektoru Abel Məhərrəmova məxsus “Mono Liza” şadlıq sarayı Bakı Uşaq və Gənclər Teatrına verilsin”.
KONKRET.az xəbər verir ki, bu təkliflə tanınmış jurnalist, “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu çıxış edib.
O bildirib ki, Abel Məhərrəmovun sərvəti xalqın cibindən oğurlanmış pullar hesabına toplanıb. Ona görə də, o sərvətdən kiçik bir hissənin teatra verilməsi labüddür:
“Abel Məhərrəmovun varidatının siyahısı yayılıb. Hər kəsə gün kimi aydındır ki, bu varidat ona nəsildən keçməyib, rektor olduğu müddətdə büdcədən oğurlayıb, bir də tələbələrdən alınan rüşvətdən toplanıb. Bu dünyada ən çirkli pul tələbədən alınan rüşvətdir. İnanın ki, bu, narkotik alverindən qazanılan puldan daha çirklidir və daha bağışlanmazdır.
Şəxsi əmlak, əlbəttə, toxunulmazdır. Amma bu sadalanan əmlakların heç biri Abelin şəxsi əmlakı deyil, o əmlaklarda minlərlə insanın alın təri var. Fəhlənin, kəndlinin, zəhmətkeş insanların, yetim insanların əməyi, vicdanlı insanların isə əsəbi var. Gec-tez bu mülklər, saraylar gerçək sahiblərinə qaytarılacaq.
İndilikdə isə bir təklif etmək istəyirəm. Və xahiş edirəm, bu təklifə hər kəs qatılsın. Bir müddət öncə Bakı Uşaq və Gənclər Teatrının rəhbəri İntiqam Soltan teatrın binası ilə bağlı müraciət etmişdi ki, bu qədər şadlıq saraylarının birini verin teatra. Heç kimin səsi çıxmadı. Hətta Ramil Usubovun da. Bildiyimə görə, Çobanzadə küçəsində olan şadlıq saraylarının əksəriyyəti Ramil Usubova məxsusdur.
araz.az xəbər portalı.