“Bütün idman yarışlarını bərpa etmək lazımdır. Artıq qaydalara riayət etməyi insanların öz üzərinə buraxmaq lazımdır”.
Redaktor.az xəbər verir ki,bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib:
“Əməl edənlər etsinlər, etməyənlər də özləri əziyyətini çəksinlər. Digər tərəfdən yas və toy mərasimlərini də tənzimləmək lazımdır. 30-40 nəfəri keçməmək şərti ilə toylar keçirilsin. Bir nəfərdən də artıq müğənni çağırılmasın. Yəni, bir şənlik formasında keçirilsin. Yas mərasimlərini də eyni qaydada, 30 nəfərdən artıq insanın yığılmasına imkan verilməsin, eyni zamanda sosial məsafə gözlənilsin. İnsanları bu formada hədsiz məhdudiyyətlə qapamaq olmaz”.
Mahir Xəttab / Redaktor.az
araz.az xəbər portalı.