ABŞ-da Texas ştatının ən böyük hava limanındakı bütün uçuşların 60 faizindən çoxu ləğv edilib.
araz.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “FlightAware” saytı xəbər verir.
Saytda bildirilir ki Hyuston hava limanı 11-ni (3%) təxirə salmaqla 212 reysi (61%) və 17 reysin enişini (5%) təxirə salmaqla 201 reysin qəbulunu ləğv edib (62%).
“Associated Press” Texas və Luizianadakı körfəz sahilindəki yanacaqdoldurma məntəqələrinin bağlanmasına dair xəbər yayıb. Sahil ərazilərinin sakinləri yaxın bir neçə saatda “Laura”nın əhatə edəcəyi ərazini tərk etməyə tələsərək avtobus terminallarına gəliblər.
Missisipi çayının ətrafı və iki ştatın sahil ərazilərinin sakinləri üçün fırtına xəbərdarlığı elan edilib. Texas və Luiziana hakimiyyətləri “Laura”nın yaxınlaşması ilə əlaqədar 585 min yerli sakinin təxliyə edilməsinə göstəriş verib. Arkanzas ştatında fövqəladə vəziyyət elan edilib.
araz.az
araz.az xəbər portalı.