Aİ-nin ticarət komissarı Fil Hoqan İrlandiyada koronavirus rejiminin pozulması ilə bağlı yaranan siyasi qalmaqala görə istefa verib.
araz.az Trend-ə istinadən xəbər verir ki, Avropa komissiyasının sədri Ursula fon der Leyen bildirib.
“Mən onun qərarına hörmət edirəm. Bu səlahiyyətin əvvəlindən ticarət komissarı kimi yorulmadan çalışdığına və əvvəlki idarə heyətində kənd təsərrüfatı üzrə müvəkkil kimi uğurlu fəaliyyətinə görə çox minnətdaram. O kolleqiyanın dəyərli və hörmətli üzvü idi”, – fon der Leyen deyib.
Xatırladaq ki, F.Hogan bu yaxınlarda İrlandiyada təxminən 80 qonaq olan şam yeməyinə qatılıb ki, bu da İrlandiya hökuməti tərəfindən tətbiq olunan koronavirusla bağlı məhdudiyyətlərinin pozulması olub.
araz.az
araz.az xəbər portalı.