876266Norveç koronavirusun yayılması ilə əlaqəli pisləşən epidemioloji vəziyyətə görə ərazisinə iki Avropa ölkəsindən gələn şəxslər üçün on günlük karantin tətbiq edir.

araz.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda Almaniya, Lixtenşteyn və İsveçin Kalmar və Vasterbotten bölgələrindən bəhs edilir. “Avqustun 29-dan etibarən bu ölkələrdən və bölgələrdən Norveçə gələn hər kəs 10 gün müddətində karantində olmalıdı”, – ölkənin XİN-i bildirilir. Eyni zamanda Norveç Xarici İşlər Nazirliyi vətəndaşlara təcili ehtiyac olmadan bu ölkələrə və bölgələrə səyahət etməkdən çəkinməyi tövsiyə edir.

araz.az

araz.az xəbər portalı.