Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov son günlər ölkədə baş verən hadisələrlə bağlı bəyanat imzalayıb.
araz.az xəbər verir ki, bəyanatda deyilir:
“İqtidar partiyasında olub hakimiyyətin siyasətinə, qanunlara tabe olmaq istemeyen şöhretperestler Azərbaycanda hakimiyyətdə olan Xalq Cəbhəsinin səriştəsiz siyasətinin ölkəyə gətirdiyi bəlaların fəsadlarını görən bir qrup ziyalı xalqın dəstəyi ilə böyük siyasi lider Heydər Əliyev ətrafında birləşərək “Yeni Azərbaycan” partiyasını yaratdı və Azərbaycan dövlətçiliyi üçün fəlakətli bir dövr olan 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Qeyd etməliyəm ki, partiyada təmsil olunub olunmamasından asılı olmayaraq Heydər Əlivevə bütün xalqın inamı var idi və yalnız ona güvənirdi. Xalq düzgün seçim etməklə gələcəyini ona etibar etdi. Nəticədə isə “Yeni Azərbaycan” partiyası iqtidarda təmsil olundu. Heydər Əliyevin vəfatından sonra onun önəmli və parlaq davamçısı İlham Əliyev hakimiyyətə gəldi və cox böyük siyasi liderə çevrilməklə dövlətimizi və dövlətçiliyimizi dünya miqyasında tanıtdı. Danılmaz faktdır ki, dövlətin daxili və xarici siyasətinə önəmli rəhbərlik etməklə böyük nəaliyyətlərə imza atdı. İlham Əliyevin uzaq gören siyasətinin ən böyük uğurlarından biri də ondan ibarət idi ki, Konstitusiyaya dəyişiliklərdən sonra özünə ən layiqli müttəfiq, parlaq zəkaya malik və ölkənin daxili və xarici siyasətində uğurlu tərəfdaşa cevrilən Mehriban xanım Əliyevanı I Vitse Prezident postuna təyin etməsi olmuşdur. Məhz bu iki tərəfdaşın uğurlu fəaliyyət prinsiplərinə uyğun olaraq Respublikada cox böyük uğurlu islahatlar aparılır. Torpaqlarımızın işgalının beynəlxalq miqyasda tanınması və işgaldan təmizlənməsi üçün cox böyük siyasi işlər görülür, ordu quruculugunda böyük islahatlar həyata keçirilir. Məhz ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının deyil ümumi azərbaycan xalqının ümummilli lideri olmuşdur. Onun layiqli davamçısı İlham Əliyev isə öz şəxsi keyfiyyətlərinə və Azərbaycan dövlətçiliyi üçün gördüyü iradəli və uğurlu fəaliyyətinə görə ümumxalq sevgisi qazanmışdır. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin məhz bu keyfiyyətlərindən istifadə edib onların şəxsi etimadını qazanmaqla məmur statusu almış bəzi şəxsər Azərbaycan dövlətciliyinə yalnız öz şəxsi biznesləri kimi baxmış və var dövlət hərisliyinə qurşanmışlar. Kulli miqdar varidat və mənsəb sahibi olan bu şəxslərdə şəxsiyyətə pərəstiş yaranmış özlərinə ətraf yaratmaqla toxunulmaz söz sahibi olmaq iddiasına düşmüşlər. Ancaq onlar yanılırlar ki, hakimiyyəti elə bir şəxs idarə edir ki, onun səbr, iradə və dözümü, güclü siyasi baxışı hər kəsə mövqeyindən, imtiyazından asılı olmayaraq vətəndaşlıq prizmasından ədalətlə yanaşır və dərhalda düzgün qiymətini verir. Heydər Əliyevdən sonra hakimiyyətə gələn İlham Əliyev onun vəsiyyətlərinə və dövlətçilik ənənələrinə sadiq qalmaqla hakimiyyətinin uzun bir mərhələsini yaxın zaman kəsiyində müstəqillik əldə etmiş Azərbaycan Respublikasının dövlətçilik mexanizminin möhkəmləndirilməsi, xarici siyasətinin düzgün təşkili, beynəlxalq miqyasda tanınması, erməni lobbiçiliyinin güclü təsir dairəsində olan beynəlxalq təşkilatlarda işğal olunmuş ərazilərimizə görə beynəlxalq dəstəyin qazanması ugrunda gərgin əmək sərf etmişdir.
Dövlətin daxili siyasətini isə Ramiz Mehdiyevlər, Əli Həsənovlar (vəzifələrindən kənarlaşdırılmış, habelə cəza almış məmurlar) və bu gündə vəzifədə olan sair məmurlara etibar etmişdir. YAP-da təmsil olunan bu şəxslər isə yalnız şəxsi maraqlarına uygun ölkənin iqtisadi və inzibati siyasətini xarici dairələrin maraqlarına xidmətdə təşkil etməklə xalqla onun etimad göstərdiyi prezident arasında uçurum yaratmağa çalışmışlar. Dövlət idarəetmə sistemində baş verənlərə münasibətdə ölkə Prezidenti İ.Əliyev dövlət idarəçiliyində köklü islahatların aparılması zərurətini ortaya qoyur. Bu islahatlar işdən kənarlaşdırılmış məmur-oliqarxların və onların təsir dairəsində olub hakimiyyətdə təmsil olunan məmurların təzyiqinə səbəb olmuşdur. Bu gün bütün bunlar əyani olaraq xalqın gözü qarşısında baş verir və pandemiyanın yaratdığı bu durğunluq şəraitində ölkə prezidentinin diqqətindədir. Budur hakimiyyətdə uzun müddət prezident administrasiyasına rəhbərlik edən, dövlətin daxili və inzibati siyasətinin bilavasitə təşkilatçısi və son bi neçə ay ərzində ahıl yaşda vəzifəsindən kənarlaşdırılaraq Milli Elimlər Akademiyasının Prezidenti postuna yiyələnən Ramiz Mehdiyev özünü həqiqi prezident hesab edir, ölkə prezidentinin siyasətinə, qanunlara məhəl qoymur və xalqa hörmətsizlik edir. Öz tərəfdarları ilə hakimiyyət içərisində hakimiyyət iddiası yaradir və güc nümayiş etdirir. Buna el dilində köpəyin yemi artıq olanda sahibinə diş göstərir deyirlər. Bunun əyani sübutu ölkə gündəmini və sosial şəbəkələri əhatə edən xüsusu karantin rejimi dövründə Ramiz Mehdiyevin öz ətrafı və təsir dairəsində olanlarla birlikdə təmtaraqlı bağ evində 18.08.2020-ci il tarixində toy şənliyi təşkil etməsi səhnəsidir. Toyun iştirakçıları – Ramiz Mehdiyev, Abel Məhərrəmov, Bahar Muradova, deputat Siyavuş Novruzov onun həyat yoldaşı Ombudsman Səbinə Əliyeva və adları çəkilməyən dövlət təhlükəsizlik orqanlarına məlum olan digər məmur YAP üzvləri. Ramiz Mehdiyev və onun tərəfdarları yaddan çıxarmamalıdırlar ki, Heydər Əliyev qətiyyətini nümayiş etdirən İlham Əliyev ölkə siyasətinə və qanunlarına hörmətsizlik edən, xaqlqa göz dağı verən heç kəsi bağışlamır. Çünki dövlətin siyasi maraqlarına, dövlətçilik ənənələrinə, xalqın milli hissiyatına toxunan hər bir hərəkət cəzalanmalıdır. R.Mehdiyevin kürəkəni və qudası inzibati qaydada cəzalandırılıb. Lakin bununla kifayətlənmək olmaz karantin qaydalarını pozan digər vətəndaşlara tətbiq olunan cəzalar həmin toyun bütün iştirakcılarına tətbiq olunmalıdır. Dövlətin siyasi maraqlarına, qanunlara hörmətsizlik edən, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil edən və belə hərəkətlərdə iştirak edən şəxsər layiqli cəzalarını almalıdırlar.
Müstəqil xalq partiyası adından təklif olunur; şəxsi ambisiyalarına qürrələnən, dövlətin qanunlarına və azərbaycan xalqına hörmətsizlik edən, imtiyazlarına güvənib ictimaiyyət arasında qıcıq yaradan şəxslər; – Ramiz Mehdiyevin EA-nin Prezidenti vəzifəsindən kənarlaşdıtılmalı, təqsirli hərəkətinə hüquqi qiymət verilməli, – Toyda iştirak edən Ombudsman Səbinə Əliyevanın hərəkətinə hüquqi qiymət verilməli, – Toyda iştiraki edən və hərəkəti ilə ictimaiyyətə qıcıq verən deputat Siyavuş Novruzovun hərəkətinə hüquqi qiymət verilməli, – Toyda iştirak edən BDU-nun sabiq rektoru hazırda fizika kafedrasının elmi rəhbəri Abel Məhərrəmovun toyda iştirakına, cıxışına və təqsirli hərəkətinə hüquqi qiymət verilməli, – Toyda iştirak edən və Ramiz Mehdiyevin pozucu hərəkətlərinə dəstək verən, ölkə qanunlarını pozan hər bir məmur və YAP üzvü layiqli cəzasını almalı, – YAP R.Mehdiyevlə yaxın münasibətdə olan üzvlərinin siyahısını dəqiqləşdirməli və hərəkətlərinə hüquqi qiymət verməlidir, – Vəzifədən və YAP-dan uzaqlaşdırılmış şəxslərin digər partiyalara qəbul edilməsi və ya dolayısı ilə dəstək göstərməsi partiya liderləri tərəfindən düzgün qiymətləndirilməlidir. Azərbaycanın bütün mütərəqqi fikirli və saglam düşüncəli vətəndaşları Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, Ramiz Mehdiyevə və onun pozuculuq siyasətini dəstəkiləyən qüvvələrin hərəkətini pisləyir. Bu gün hakimiyyətin pandemiya ilə mübarizədə və işğal altında olan torpaqlarımızın azad olunmasında, beynəlxalq aləmdə baş verən proseslərdə xalqın birliyinə böyük ehtiyacı var. Hazırki fövqalada vəziyyətdə bütün siyasi partiyaların və xalqın Prezidentin etrafında birləşməsini və hakimiyyətin siyasətinin dəstəklənməsini partiya lideri olaraq təklif edirəm.”
araz.az
araz.az xəbər portalı.