Məktəblərdə yeməkxanalarda, idman zallarında sıxlığın yaşanmamasına nəzarət ediləcək.
Miq.Az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bədən tərbiyəsi dərslərində sıxlıq olarsa, dərslərin keçirilməməsi tapşırılacaq:
“Geyinib-soyunma otaqlarında lazımi şərait olmayan məktəblərdə idman dərslərinin keçirilməsinə icazə verilməyəcək.
Eyni qaydada yeməkxanalarda da sanitar normaların gözlənilməsinə diqqət ediləcək”.
Miq.Az
araz.az xəbər portalı.