edalet muradovjpg 1598526053“Ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4-6 dəfə artıra bilər”

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC-in rektoru,  professor Ədalət Muradov rəsmi “Facebook” səhifəsində yeni tədris ilində dərslərin ənənəvi formada bərpası haqda danışarkən deyib.

O, bütün hallarda dərslərin distant tədrisinin qaçılmaz olduğunu və keyfiyyətli distant tədris modelinin qurulmasının zəruriliyini bildirb:

“Distant təhsilin keyfiyyəti!

1. Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Dərslərin ənənəvi yoxsa distant olacağı haqqında fərqli fikirlər səsləndirilir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mütəxəssisləri dərslərin ənənəvi formada bərpasının COVİD19 pandemiyaya təsirini qiymətləndirməyə çalışmışlar. Qiymətləndirmənin nəticəsi ondan ibarətdir ki, təkcə ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər.

2. Bütün hallarda, distant təhsilin tətbiqi artıq qaçılmaz görünür. Bu yenilik əvvəllər hətta müzakirə olunmayan bir məsələni, distant təhsilin keyfiyyəti məsələsini daha da aktuallaşdırmaqla gündəmə gətirmişdir. Təhsillə bağlı yaranmış yeni mühitdə ölkəmizdə dünyanın aparıcı universitetlərilə rəqabət apara biləcək distant təhsil modelinin qurulmasının zəruriliyini və hətta mümkünlüyünü nəzərə alaraq düşünürük ki, distant təhsilin keyfiyyəti məsələsinin daha aktual, daha vacib olmasının nəzərə alınması təhsilin gələcəyi baxımından faydalı olar.”

 

 

araz.az

araz.az xəbər portalı.