Carçıoğulları Group MMC nin direktoru Elçin Carçıyev niyə məhz şirkətinin adını RUS AZERİ SPİRTİS qoyub? Olmazdımı AZERİ RUS SPİRTİS olsun? Əgər şirkət Azərbaycanda fəaliyyət göstərirsə mütləq Azərbaycanın adı əvvəldə gəlməlidir. Carçıyevin Rusiya məhəbbəti, Ziya Məmmədov vasitəsi ilə Ramiz Mehdiyevə olan bağlılığı əsasında görünür məhz bu termin “akademikin dəsti xəttinə” uyğun olaraq belə yazılması qərara gəlinib. Ölkənin pandemiya ərəfəsində olduğu bir zamanda bircə müəssisəyə və bircə vətəndaşa pulsuz spirt verməyən, kalçuk qablarda, beynəlxalq standartlara cavab verməyən “RUS AZERİ SPİRT” istehsalçısı nəyə və kimə arxayındır?
Gözdən pərdə asmaq üçün öz həmyerlisi olan bir veterana guya şirkət bağışlaması Qazaxda stadionu sökərək yerində bina tikməsi ilə tərs mütənasibdir. Xalq artisti Röyanın Qazaxda, sərhəd kəndində qoca nənəyə ev tikdirməsini görəndə vətənpərvərlik hissləri cuşa gəlməyən iş adamı arada qabağında sulu qalyan və bahalı görkəmdə sosial şəbəkədə şəkil paylaşmaqdan da çəkinmir.
Zavod niyə məhz Qusarda? Lənkəran və ya Qazaxda olmazdımı? Bunun da öz səbəbləri yəqin ki, bir zaman Şimal bölgəmizdə Rus dilini və Rusiya məhəbbətini aşılayanların niyyətlərindən məlumatı olanlara aydındır.
Qarabağ şəhidinin övladını himayə etmək hər bir vətəndaşın borcudur. Bunu reklam edib gözə dürtməyə ehtiyac yoxdur.
Əsas odur ki, Kəsəməndə uçub dağılan, viran olan, yerlə yeksan olan İsrafil Ağanın tarixi abidə sayılan evini nəinki təmir etməyə, heç aidiyyatı qurumlara da təmir haqda fikir söyləməyə lüzum görməyib. Bəzi özünü jurnalist kimi qələmə verənlərə arada “qref” edib özünü sosial şəbəkədə xeyriyyəçi kimi qələmə verdirmək vətənpərvərlik sayıla bilməz.
Ramiz Mehdiyevin son günlərdə dövlət adamlarımıza qarşı çıxması, onun məlum mesajları və hədə qorxusu məhz Elçin Carçıyev kimi oliqarxların ona ötürdüyü masaaltı çirkli pullarla deyilmi? Pandemiya ərəfəsində əhalinin ağır sosial vəziyyətində daha da qəddarlaşmaq siyasəti məhz Ramiz Mehdiyevə xas idi. İndi bu oxşarlığı hiss edirsinizmi?
Son günlər Carçıyev haqda unikal.az. Arx.az, snnnews.az, analoq.az, cnnnews.az və sair saytlarda gedən yazılar heç də yıxılana balta vurmaq mahiyyəti daşımır. Xalqı yıxmağa çalışanları üzə çıxarmağa və talançı məmurların əlaltısına çevrilib xalqa, dövlətə ziyan vuranların mahiyyətini xalqa göstərməyə xidmət edir.
Yəqin ki, ağası Ramiz Mehdiyev kimi Elçin Carçıyev də hədə qorxuya keçəcək bu araşdırmadan sonra. Amma bilsin ki, daha meydan o meydan deyil. Heç kəs pulla, arxasında dayanan himayədarlar ilə heç kəsi əzə bilməyəcək. Azərbaycan Respublikasında digər dövlətlərdən fərqli olaraq şah qanun deyil, qanun şahdır. Daha pula güvənib, arxasındakı məmura güvənib adi xalq kütləsini ayaqlamaq dövrü deyil. Dövlətə zərər vuranların əməlləri və niyyətləri haqqında da hər bir vətəndaşın və jurnalistin borcudur ki, aidiyyatı qurumları məlumatlandırsın. /Arx.az/
araz.az xəbər portalı.