“Bir il 9 aydır ki, yatağa məhkum olmuşam. Yatmaqdan başqa heç bir işim yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında uzun müddətdir ki, xəstəliklə mübarizə aparan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli səhhətindən danışarkən deyib.
Aktyor çox darıxdığını lakin əlindən heç nə gəlmədiyini bildirib:
“Bilirsiniz ki, ayaq barmaqlarım amputasiya olunub. Hərəkət edə bilmirəm, evdən bayıra çıxmıram, yaradıcılığımdan uzaq düşmüşəm. Bütün günüm evdə, dörd divar arasında, yataqda keçir. Tamşaçılar, kino üçün çox darıxıram. İnsanlarla ünsiyyətə ehtiyacım var. Bir gün gəlin, danışaq, ürəyim doludur, deməyə sözüm var, danışmaq istəyirəm. İstəmirəm unudulum”.
Qeyd edək ki, xalq artistinin ayağında qanqrena yarandığı üçün 2018-ci il dekabrın 27-də ayaq barmağı amputasiya olunub.
Cəvahir
www.yenicag.az
araz.az xəbər portalı.