turkiye20avriopajpg 1598624342Avropa Birliyi Türkiyəyə xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, bu barədə Aralıq dənizindəki gərginliklə bağlı bu gün toplanan Avropa Birliyinin Xarici İşlər Nazirlərinin iclasından sonra qurumun Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Cozep Borrell  Almaniyanın Xarici İşlər nazir Hayko Maasla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Aralıq dənizində “təktərəfli gərginlik” yaratmaq kimi addımlarından çəkinməlidir: “Əks halda, Türkiyə qarşı sanksiyalar tətbqi edilə bilər. AB hesab edir ki, Türkiyə gərginlik yaratmaqda davam edərsə, o zaman türk gəmilərinin Avropa ölkələri limanlarına daxil olması, türk şirkətlərinin Avropa bazarlarına buraxılması və həmçinin Aralıq dənizində qaz-neft yataqları arayan qrupa rəhbərlik edənlərə qarşı sanksiyalar müzakirə olunacaq”.

AB Komissarı ardınca dərhal əlavə edib ki, qurum üzvləri Türkiyə ilə əməkdaşlıq etməkdə maraqlıdır və ümid edirlər ki, sanksiyalara ehtiyac qalmayacaq: “Bütün bunlarla bağlı qurumun 25 sentyabrda keçiriləcək AB ölkələrinin Prezidentlərinin toplantısında qərar veriləcək. Ümid edirik ki, o vaxta qədər əlavə gərginliyə ehtiyac qalmayacaq”.

Mia.az

araz.az xəbər portalı.