b 550 325 16777215 00 images xeber sekilleri 22iyun2020 photo 48890629General-mayor Arkadi Ter-Tadevosyan Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni hərbi toqquşmanın başlayacağı barədə danışıb.

Missiya.Az xəbər verir ki, Ter-Tadevosyan Ermənistanın “1in.am” saytına açıqlamasında Azərbaycanın Qarabağa hücum planının olduğunu deyib: “Azərbaycan bu payız, oktyabr-noyabr aylarında Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayacaq”.

Erməni general ölkəsinin təklənməsindən və müharibə meydanında köməksiz qala biləcəyindən şikayətlənib. O bildirib ki, vəziyyətin Ermənistanın xeyirinə dəyişib-dəyişməyəcəyi Rusiyanın davranışlarından asılıdır: “Ümumiyyətlə, Rusiyanın davranışlarından çox şey asılıdır. Fakt budur ki, bizə kömək edən dövlət yoxdur. Bəli, Rusiya var, amma Rusiya bizdən zaman keçdikcə uzaqlaşır. Azərbaycana isə Rusiya, İsrail, Ukranya və Türkiyə silah verir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_60669_original.jpg

Ter-Tadevosyan bildirb ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində gərginlik bitsə də, hələ ki, təhlükə var: “Gərginliyin bitməsi yaxşıdır. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə təlimləri də bitdi. Amma Türkiyə Azərbaycanla həm hərbi, həm də siyasi baxımdan yaxın əlaqələrini daha da genişləndirdi. Bu bizim üçün anlaşılmaz və təhlükəli vəziyyətdir”.

Qeyd edək ki, Ermənistan ordusunun dövlət sərhəddinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı rəsmi Ankaranın Azərbaycana verdiyi siyasi və hərbi dəstək, İrəvanla yanaşı regionda maraqları olan digər dövlətləri narahat etməyə başladı. Həmçinin Tovuz təxribatı Ermənistan hakimiyyətinin Rusiyaya qarşı yeritdiyi aqressiv siyasət nəticəsində rəsmi Moskvanın İrəvandan uzaqlaşdığını ortaya çıxardı. Çünki Rusiya Tovuz döyüşlərində demək olar ki, neytral mövqe nümayiş etdirdi və tərəfləri atəşkəsə səsləməklə kifayətləndi.

Elvin
Missiya.Az

araz.az xəbər portalı.