“Biz Rusiyanın Azərbaycandakı fəaliyyətini qətiyyətlə pisləyirik”
Hazırda Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında yüzlərlə insanın iştirakı ilə aksiya keçirilir. AYNA xəbər verir ki, askiya iştiraçıları “Türkiyə qal!” şüarı ilə Rusiyayla əməkdaşlığın kəsilməsini, Türkiyə Ordusunun isə Azərbaycanda qalmasını tələb edirlər.
“Biz Rusiyanın Azərbaycandakı fəaliyyətini qətiyyətlə pisləyirik. Türkiyə Ordusu Azərbaycanda qalsın və torpaqlarımızın azad edilməsində bizə kömək etsin. Azərbaycan əhalisinin 95 faizi türkdür. Bizə Türkiyə lazımdır, Rusiya yox”, – deyə, aksiya iştirakçıları bildirirlər.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Ordusu Azərbaycan Ordusu ilə birgə genişmiqyaslı hərbi təlimlər keçirmək üçün Azərbaycana gəlmişdi.
araz.az xəbər portalı.