roma 9“Azərbaycanda iqtidar-müxalifət mübarizəsi yoxdur, dövləti qoruyanlarla, dövləti dağıdanların savaşı var”.
Muxalifet.az xəbər verir ki, bu haqda Turan Partiyasının başqanı Cahandar Bayoğlu özünü “Facebook” səhifəsində yazıb. O, daha sonra əlavə edib:
“Baş verən son siyasi prosesler bir daha sübut etdi ki, Azərbaycana qarşı olan düşmən gücclərin uzantıları həm iqtidara, həm də müxalifətə elə sarılıblar ki, dövlətimizin varlığı təhlükədədir. Düşmən güclərin işğal ordusunun örgütlənməsinin böyük qismi Azərbaycanın parçalandığı 1813, 1828-ci illərə dayanan, qırmızı bolşeviklərin işğalı ilə daha güclənən rus imperiya güclərinin əli ilə olmuşdur. İyirminci yüzilliyin sonunda Azərbaycan Respublikasının müstəqillik uğrunda mübarizəsində rus imperiya güçləri zəifləsə də, varlığını qorumağı bacardı. Bu dövr İran fars şovinist dairələri özlərinə münbit şərait görüb, şiəçilik adıyla təşkilatlanmağa başladı. “Soros” kimi kürəsəlçi güclər demokratiya pərdəsi adı altında demokratları, Türk pərdəsi ilə Fətullahı örgütlədi. Tək təşkilatlanmayan Türkiyə oldu. Türkiyənin Azərbaycana, Azərbaycanın Türkiyəyə sevgisi bir millət olduğumuz üçün bir rahatlıq yaratdı. Məncə, bu, daha çox Türkiyənin dövlət olaraq Azərbaycanın müstəqilliyinə hazırlıqsız olmasından qaynaqlanmaqla yanaşı, FETÖ kimi örgütlərin əliylə özünün dış güclər tərəfindən sarılmasıyla bağlıydı. Əli-qolu bağlı Türkiyə azad davrana bilmədi. Bu güclər 1993-ci ildə Azərbaycanda Milli lider Elçibəyi prezidentlikdən uzaqlaşdıra bildilər. Daha təcrübəli Heydər Eliyev də bu güçlərin çevrəsindəydi. Bütün metodlarla xalqın içərisindən çıxan insanlar dövlət quruculuğundan, siyasi təşkilatlardan uzaqlaşdırılırdı. Müxalif siyasi təşkilatların böyük bir qismi demokratiya adıyla “Soros” tipli kürəsəlçilərin kontrolunda formalaşdı. Rusiya, İran, Fətullah iqtidarı sardı.
Türkiyə müxalifətdə Elçibəylə, İqtidarda Heydər Əliyevlə bağlarını qoruyb saxlaya bildi. Dış güclərin Iişğal ordusunun yapılanması, Azərbaycanda qarşıdurmanı gücləndirib xalqın həmrəyliyinin, siyasi mühitin liberalaşmasının qarşısını aldı. Bu güclər Elçibəyin Kələkidən Bakıya gəlişində milli barışıq konsepsiyasına dirəndilər, “Elçibəy mafiya ilə birlik olur” deyib şantaja keçdilər. Bu güclər 1998-ci ildə Elçibəyi müxalifətin vahid namizədi olmasının qarşısını aldılar. Müxalifətin radikallaşması, iqtidardakı ayaqlarının mövqeyini gücləndirirdi. Elçibəyin 2000-ci ildə, Heydər Əliyevin 2003-cü ildə dünyasını dəyişməsi bu güçlərin meydanını genişlətdi və onları gücləndirdi. Bu qüvvələr 2003-cü ildə müxalifəti inqilab dağıdıcı obrazda göstərib, Iiqtidardakı əvəzedilməzliklərini təmin etdilər. Diş güclərin işğal ordusu müxalifəti, iqtidarın böyük qismini ələ keçirəndən sonra, prezidenti ələ keçirə bilməsələr, onu da özlərindən biri ilə əvəzləməyi hədəflədilər. Dış güclərin işğal ordusunun başçısı artiq Boz kardinal adlanan Ramiz Ənvəroviç idi. Ramiz Ənvəroviç Moskva, Tehran və kürəsəlçi güçlərin demokrat və Fətullah örgütünün tək təmsilçisiydi. O, Rusiyanın, İranın Azərbaycanda güçlənməsiylə yanaşı, kürəsəlçi güçlərin Iiqtisadi maraqlarının təminatçısı idi. Ortada böyük pullar dönürdü, bu pulların sayesində Rusiya İran generalları, agentura şəbəkəsi maliyyələşirdi, müxalifətdə olan “demokrat” fiqurlar, basın nümayəndələri qaynaqlanırdı. Türkiyənin tək bağlı qaldığı Azərbaycan xalqı və Prezident İlham Əliyev idi. İqtidarı saranlar daha güclənmək üçün müxalifətdəki demokratlarını zaman-zaman daha radikal davranmağa meylləndirib, xilaskar, sədaqətli obrazı toxunulmaz edirdilər. Əzilən millətçilər, bağımsızlıq əskərləri, xalq və dövlət idi. Bu siyasət 2016-cı ilin 15 iyulunda Türkiyədə olan FETÖ darbəsinə qədər davam etdi. Artıq Türkiyədə məğlubiyyət olan kürəsəlçi güclərin Fətullahı darmadağın edilməyə başlamışdı. Azərbaycanda olan Fətullah təhlükəylə üzləşmişdi. Ramiz Ənvəroviçin sayəsində manevrlər vardı, FETÖ olmayanlar FETÖ kimi şərlənirdi. Türkiyə bağımsızlaşdıqca yalanları ifşa olurdu. Bağımsız Türkiyə gücləndikcə Prezident İlham Əliyev də güclənirdi. Bu siyasət Azərbaycanla Türkiyəni yaxınlaşdırdı. İqtisadi bağlarımız daha da möhkəmləndi. Bu gücün qarşısında dış gücclərin işğal ordusu narahat idi, Ramiz Ənvəroviç çırpınırdı. Belə bir durumda Prezident İlham Əliyev Ramiz Ənvəroviçi görəvdən almalı oldu. Ramiz Ənveroviç görəvdən alınsa da, müxalifətdə və iqtidarda olan gücü yerindəydi. Nəhayət, Prezident İlham Əliyev gücü bitməyən bu örgütü dağıtmağa və həbslərə aldırmağa başladı. Ramiz Ənvəroviçin həbsi də gündəm oldu. Belə bir durumda Rusiya Ermənistan adlanan yerdən Tovuz bölgəsinə hücuma keçib, Azərbaycanı qarışdırıb, iç savaş yaratmağı həyata keçirməyə başladı. Azərbaycan ordusunda olan milli güclər bu hücumun qarşısında dirəndikləri zaman, Türkiyə dövlət olaraq dövrəyə girdi. “Savaş davam edərsə İrəvana girərik”, – deyərək ciddi bir dirəniş göstərdi. Savaşın ziyanlarına olacağını görən güclər geri çəkildilər.

Türkiyə ordusu Azərbaycanda hərbi təlimlərə başladı. Türkiyə Azərbaycan əsgəri birlikləri daha yaxınlaşdı, ordumuz müasir silahlarla təmin olundu. Türkiyə gücləndikcə Azərbaycandakı milli qüvvələr fəallaşdılar, Azərbaycan-Türkiyə Konfederasiyası gündəm oldu. Dış gücclərin işğalçı ordusunun silahlı gücü – Rusiya min oyun oynamağa başladı və bu oyunlar həkə də davam edir. Tək məqsəd Türkiyə və Azərbaycan yaxınlığının qarşısını almaq, dış güclərin işğalçı ordusunun və təmsilcisinin mövqeyini qorumaqdı. Rusiya, İran, Yerevan, Kürəsəlçi Demokrat və Fətullahı və lideri Ənvəroviçi qorumaq mümkün olmadıqca, bu güclər iqtidarda, müxalifətdə olan yalançı görüntüdən vahid bir güc halında meydana çıxmağa çalışdılar. Bu qərarlığın qarşısında duran tək əngəl sosial bazalarını bu siyasətə hazırlamaqdı. Elə bir siyasət güdülməlidir ki, müxalifətdə olan əzilən, təhqir olunan sosial baza, onları əzənlərlə bir birlikdə olmalarını qəbul edə bilsinlər. Bu gedişin məcburi gediş olduğunu qəbul etdirsinlər. Bunun üçün Prezident və ailəsi hədəf götürülməli, Ənvəroviç “mübariz zərərçəkən”, “xilaskar” kimi meydana çıxmalıydı. Artıq bu proses başlamışdır. Ənvəroviç hərəkətə başlayıb, müxalifətlə əməkdaşlığa zəmin hazırlanır. İndi hər birini bir şey düşündürür, gerçək əliyevçiləri Ənvəroviç İlham Əliyevə qarşı, gerçək Elçibəyçiləri oyunçu “demokratlar” yalanlarına inandıra biləcəklərmi. 30 il və daha artıq müddətdə dövlətə qarşı bu gücün hədəfi Prezident İlham Əliyev, Bağımsız Azərbaycan dövləti, Azərbaycan Türkiyə qardaşlığı – birliyi və millətçi qüvvələrdi(Dövlət Gücü). Belə olduğu halda Azərbaycanda iqtidar-müxalifət savaşı olmadığı aydınlaşır. Azərbaycanda dövləti qoruyanlarla, dövləti dağıdanların savaşı var. Mən inanıram ki, bu savaşda gerçək Elçibəyçilər, Əliyevçilər, xalq və dövlət gücünü seçəcək. Savaşı bu başdan Dış Güçlərin İşğal Ordusu (Dövlətə Qarşı Güç) uduzmuşdur.
Yaşasın Bağımsız Bütöv Azərbaycan!”
Muxalifet.az

araz.az xəbər portalı.